0

TANAP-ın açılış tarixi dəyişdirildi

Baxış: 434
TANAP-ın açılış tarixi dəyişdirildi

Bu il iyunun 12-da Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) istismara veriləcək.

Press-az.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.

Onun sözlərinə görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Qeyd edək ki, açılış mərasimi iyunun 19-na planlaşdırılmışdı. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz