0

İlham Əliyev Bakıda hotel açılışında - YENİLƏNİB + FOTO

Baxış: 461

Mayın 11-də Bakının Səbail rayonunda “Dinamo” hotelinin açılış mərasimi keçirilib.

Press-az.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Hotelin baş meneceri Alberto Matos və dizayneri Lindo Pinto burada aparılan əsaslı təmir-yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat veriblər.

Dövlətimizin başçısı və xanımı hotelin rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hoteldə yaradılan şəraitlə tanış olublar.

Nəfis tərtibatla qurulan hotelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Burada aparılan yenidənqurma işləri nəticəsində qonaqların qalması, yüksək səviyyədə istirahət etməsi, vaxtlarını səmərəli keçirməsi üçün maksimum imkanlar yaradılıb. İdmançıların və atletlərin arenası olan bu məkan öz yeni konsepti ilə dinamik və müasir həyat tərzi axtaranlar üçün ideal bir məkandır. Hotelin restoranlarının nadir bədii konsepti də diqqət çəkir. Restoranlarda hotelin qonaqlarının və müştərilərin zövqünə uyğun xidmət göstərmək üçün hərtərəfli şərait var. Burada qonaqlara milli və dünya mətbəxinin nəfis təamları təqdim ediləcək.

Mehmanxananın idman zalında müasir qurğular quraşdırılıb, qonaqların və atletlərin idmanla məşğul olmaları üçün geniş imkanlar yaradılıb. Bundan başqa, hoteldə üzgüçülük hovuzu, SPA da qonaqların ixtiyarına veriləcək.

Ümumi sahəsi 7500 kvadratmetrə yaxın olan hotelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi turizm sektorunun əsas xidmət istiqamətlərindən olan müasir hotel sisteminin yaradılması baxımından son illərdə çox mühüm işlər görülüb. “Dinamo” hotelində müxtəlif kateqoriyalara uyğun 28 otaq var. Otaqların interyeri tərtib edilərkən qonaqların zövqünün oxşaması və rahatlıq əsas meyar kimi seçilib.

Hotellə tanışlıqdan sonra Azərbaycan Prezidenti kollektivilə görüşüb.

11:51

Bakıda “Dinamo” hotelinin açılış mərasimi keçirilib.

Press-az.com-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı və xanımı hotelin rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hoteldə yaradılan şəraitlə tanış olublar.

Sonra Azərbaycan prezidenti hotelin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz