0

Bakıda Qələbə gününü 157 veteran qeyd edəcək

Baxış: 206

2018-ci il 9 may tarixinin statistikasına görə, hazırda Azərbaycanda 460 nəfər İkinci Dünya Müharibəsi veteranı var. 

Bunu Press-az.com-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədri Telman Babayev deyib. 

“Hər il veterenların sayı azalır. Sağ qalan veteranların səhhəti ilə bağlı ciddi problemləri var”, - Babayev bildirib. 

Onun sözlərinə görə, hazırda Bakıda 157 veteran yaşayır.

Qeyd edək ki, 2014-cü il yanvarın 1-nə olan statistikaya əsasən, Azərbaycanda 1900 İkinci Dünya Müharibəsi veteranı yaşayırdı. 


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz