0

Orqanları satışa çıxarılan uşaq komadan ayıldı

Baxış: 212

ABŞ-da valideynləri tərəfindən orqanları satışa çıxarılan 13 yaşlı oğlan komadan ayılıb. 

Press-az.com xəbər verir ki, bununla bağlı “Fox News” məlumat yayıb. 

Alabama ştatından olan Trenton Mak Kinli iki ay əvvəl ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Həkimlər deyib ki, azyaşlı heç vaxt normal olmayacaq. 

Onlar bildiriblər ki, əgər o, sağ qalsa, ömürlük nəfəs aparatından asılı olacaq. 

Bundan sonra valideynlər uşağın orqanlarının ehtiyacı olanlara satılması ilə bağlı sənəd imzalayıblar. 

Ancaq qan dövranını tənzimləyən aparatdan ayrılan Trenton nəfəs almağa başlayıb. Daha sonra o, ayağa qalxıb və hamı ilə danışıb. O, söhbətləri zamanı cənnətə düşdüyünü deyib:

“Mən çəmənlikdə idim və irəli gedirdim. Məni Allah xilas etdi, hətta həkimlər də bunu deyir”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz