0

Paytaxtın iki rayonu susuz qalacaq

Baxış: 245

Sabah, mayın 2-də, paytaxtın Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Bu barədə Press-az.com-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, məhdudiyyətlər Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz