0

“MƏN DEYƏN AZADLIQ GƏLMƏYİB HƏLƏ”!!!

Baxış: 778

“MƏN DEYƏN AZADLIQ GƏLMƏYİB HƏLƏ”!!!


“BİZ BELƏ AZADLIQ İSTƏMƏMİŞDİK” !!!

“BİR ZƏRRƏNİN İŞIĞINA MİLYONLAR ŞƏRİK”… 

Ağzına və ağlına gücü yetmiyən o qədər adamlar var ki, bu məmləkətdə, işi-gücü başından yekə danışmaq, orda-burda pafos püskürüb, yarı ayıq, yarı sərxoş baş girələməkdi. Belələri, yeri gəldi ya gəlmədi, millətin ziyalılarına laf atır. “hanı ziyalılar, niyə susurlar, və sair” kimi suallarla camaatın zəhləsini töküllər. Bu biri yanda da millətin qanına susamış, xalqın malını-mülkünü talayıb, varına-yoxuna sahiblənmiş məmur oliqarxların qoltuğuna girərək, qucağına sığınmış gədə-güdələr də başımıza redaktor, jurnalist, yazar kəsiliblər və bunlar da, ümumiyyətlə ziyalılara nəfəs belə çəkdirmillər. Əslində bunların əksəriyyəti ya rusun nökərliyini yapanlar, ya farsa lakeylik edənlər, ya da Alen Dallesin nəvələridilər. Mənaları fərqli olsa da hamısının mahiyyəti eynidi, missiyaları da birdi, bir ömür millətin dərdlərini çiyinlərində daşıyan, onun özünə və sözünə əsgərlik edənlərin həyatını zəhərləmək, onları xalqın gözündən salıb, cəmiyyətin tapdağı altında əzdirməkdi məqsədləri. İctimai-siyasi sferalara hakim qılınanların da ziyalılara münasibəti eynən o birilərinki kimidi. Ömürləri boyunca yazdıqları və danışdıqları mərhum Xalq Şairləri Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Zəlimxan Yaqubun, bircə misrasına tən olmuyanlar, günü bu gün də millətin söz səngərində müsəlləh əsgər olan Sabir Rüstəmxanlının, Rüstəm Behrudinin, Məmməd İsmayılın bircə şeiri boyda olmuyanlar, onlara ağız büzür, barələrində olan-olmuyan nə desən danışır, yazır və ya yazdırıllar. Hələ mən bu gün Fb-də millətin göy əskiyə bükülmüş gününə ayna tutan, onlarla şairin, yazarın adını çəkmək istəmirəm.   Zamanında Sabirə, Seyid Əzimə, Mirzə Cəlilə də eyni münasibət olduğundandı ki, günümüzün çağdaş yazı-pozuları sırasında, onların yazdıqları daha sağlam və daha diri görsənir.  Cavidi, Müşviqi, Əhməd Cavadı, Almas Yıldırımı da bu pafos zəbanələrinin lafları , jurnalist qılıflı gədə-güdələrin çızma-qaraları, adlarına “lider” deyilənlərin səbatsız  və karyerist siyasi gedişləri qanına qəltan elədi. Bu cür münasibətlərin nəticəsidir ki, hələ də bu xalq, şairini dar ağacında, vətən millət sevdalılarını cəllad kötüyündə, qəhrəmanlarını tabutda görmək istiyir. Dar ağacında olmuyan şairi, cəllad kötüyündə olmuyan vətən-millət sevdalılarını, tabuta girməyən qəhrəmanlarını bu xalqın gözündən salıb, ayaqlar altında tapdağa çevirmək üçün hər şeyi edən bir zehniyyət, bu millətin düşmənlərinin mətbəxindən süzulüb gələn bir fəlsəfə, vətən-millət sevdalılarına düşmən kəsilmiş və ilk fürsətdəcə divan tutmaq üçün marığa yatmış bir düşüncə, əsrlərdi ki, Azərbaycanda hakimdi. Olanların nəticəsi də ortada, bu gedişatdan doğan olacaqlar da yaxşı heç nə vəd eləmir…


















 

Bütün bu dediklərimi Sabir Rüstəmxanlıynan Ayaz Arabaçının  indi sizə təqdim elədiyim birər şeirini oxuyandan sonra, yazmaq qərarına gəldim. Əslində bu şeirlərin də, Sabir bəylə Ayazın özünün də xüsusi təqdimata ehtiyacı yoxdu. Amma məqamı gəldi deyə, bəzi məsələlərdən danışmaq üçün fürsət buldum desəm, daha doğruçu görünəcəyimi düşünürəm. Buyurun, oxuyun və gedin son on ilin bütün qəzet yazılarını və siyasi çıxışlarını oxuyun, vicdanınızın süzgəcindən keçirib, müqayisə eliyin. Məllətin dərdlərinə, xalqın taleyinə, dövlətin və ölkənin dünəninə, bu gününə və sabahına ayna tutmaq baxımından,  toplam oxuduqlarınızın tək bu iki  şeirə tən gəlmədiyini etiraf etmək zorunda qalacağınaza əminəm. Oxuyun və bilin ki, bu millətin ziyalıları olub, var və olacaq. O ayrı bir məsələdir ki, biz onları ya görmürük, ya görmək istəmirik, ya da görünən-görünməyən əllər və əməllər onları görməyə qoymullar. Ziyalılarının qarşısına hər yerdə uca səddlər və keçilməz baryerlər qoyularaq,  onların yerinə ziya(n)lıların təyin olunduğu məmləkətlərin  zülmət qaranlıqlarda qərq olub, itməsi labüddü. Bu sadə və böyük həqiqəti anlamadıqca, istər xalq, istər millət, istərsə də toplum olaraq zülmətlər içində yaşamaq bizim nəsibimiz olacaq. 

Sərdar ƏLİBƏYLİ

 

Sabir RÜSTƏMXANLI

EVSİZİN EVİNİ YIXANLAR ZƏNGİN ,
ERMƏNİ QARNINDAN ÇIXANLAR ZƏNGİN,

HƏLƏ DƏ DƏRDLİDİ DUMANLI DAQLAR, 
HƏLƏ DƏ YURDUMUN BİR GÖZÜ AĞLAR

“MƏN DEYƏN AZADLIQ GƏLMƏYİB HƏLƏ”!!!



Ayaz ARABAÇI

“BU GÜN ERMƏNİDƏN BETƏR TALAYIR,

BU XALQI ÖZ “MİLLİ” CANAVARLARI

BİZ BELƏ AZADLIQ İSTƏMƏMİŞDİK”!!!




“BƏLKƏ DƏ HAMIMIZ XOŞBƏXT OLRDIQ,

BİZİ QARABAĞIN QARĞIŞI TUTDU” !!!

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz