0

Demokratiya və Azərbaycan cəmiyyətinin demokratiya anlayışı Azərbaycan İslam demokrat pariyasının sədri: Tahir Abbaslı...III hissə

Baxış: 386










Demokratiya və Azərbaycan cəmiyyətinin demokratiya anlayışı
Azərbaycan İslam demokrat pariyasının sədri: Tahir Abbaslı...III hissə

"Azərbaycandakı siyasi partiyaların daha bir mənfi xüsusiyyəti isə partiyaların ictimai qruplarla bağlarının zəif olmasıdır. Normal siyasi sistemlərdə hər bir partiya müəyyən bir ictimai təbəqəyə xitab etdiyi halda, Azərbaycanda siyasi partiyalarının böyük bir hissəsi eyni ictimai təbəqəyə və qruplara xitab etməsidir".

Demokratiya anlayışı bu gün dünyanın hər yerində bir zərurət olaraq rədd ediləbilməz istəyə çevrilmişdir. Demokratiya istəyi zamanın gedişi müddətində reallaşması vacib olan Universal şəkildə demokratikləşmə vacibliyini ortaya qoymuşdur.
Siyasətçilər bu istəkdən faydalanaraq, bunu bir ideloji xət olaraq ozününküləşdirməyə və bundan butun siyasi işlərində istifadə etməyə çalışmışdılar.
Elm adamları isə əksinə, naməlumluğunu səbəb göstərərək bu anlayışı xarakterizə etmədən istifadə etməkdə şübhə ilə yanaşırlar. Çünki demokratiya ya da demokratik siyasi sistem, ictimai qrupdan qrupa, mədəniyyətdən-mədəniyyətə fərqli bir formada qəbul edilməkdə və bir anlayış qarışıqlığı ya da ən azından naməlumluq ortaya çıxarır. (Şaylan, 1998)
Buna görə də demokratiya, mədəni və tarixi bir gedişdir və hər cəmiyyətə ya da ictimai kollektivliyə uyğun xas şərtləri var. Bu əsasda toplum etibarlı demokratiya anlayışını qəbul etmək istəyir. İctimai və mədəni inkişaf, zənginləşmə yeni növ insani ehtiyac duyğuların ortaya çıxması mənasını verir. İnsan ehtiyacları demokratik bir siyasi nizamın işləkliyini təyin edən əhəmiyyətli dəyişmələrdən sayılır. Yaxşı ya da pis, biz müasir siyasi ifadənin şüarı olan demokratiya sözünə möhtacıq və söz, azadlığı və daha yaxşı bir həyat üçün mübarizə apararkən insanların qulaqlarında zingildəyən və dillərindən düşməyən bir sözdür.
Karl Popperə görə demokratiya diktatorluqdan qaçınmağı mümkün edən rəhbərlik formasıdır. Ona görə məqbul bir demokratiya nəzəriyyəsinin təməl problemi belə ifadə edilə bilər: "Bir dövlət necə təşkilatlanmalıdır ki, pis idarəçilər qan tökülmədən və ya şiddət istifadə edilmədən rəhbərlikdən uzaqlaşdırıla bilsin" (Popper, 1999). Petr Berger demokratiyanın məqsədinin iqtidarların seçkilərlə işbaşından uzaqlaşdırılmalarını qaranti altına almaq olduğunu ifadə edir. (Perger, 1999 ). Bütün bunlar söykəndikləri köklü yanaşma səbəbindən demokratiyanın əsil funksiyasının nə olduğu mövzusunda bizə köklü bir məlumat vermək baxımından faydalı olmaqla birlikdə demokratiyanın bir "tərifi" anlayışına gəlməz.
Demokratiya anlayışından bəhs edərkən yalnız, söz mənası xaricində bu anlayışın; insan-cəmiyyət əlaqələrinin təyin olunması, xalqın tamamı ilə iştirakı, azlıq haqqlarına hörmətli bir əksəriyyət rəhbərliyinin təmin edilməsi, insana aid haqq və azadlıqların qorunması və cəmiyyətin bütün üzvlərinə bərabərliyin təmin edilməsi kimi elementləri də əhatə etdiyini bilməmiz lazımdır (Çam, 1998).
İdeal bir demokratik rəhbərliyində, bütün xalqın arzularına tam olaraq uyğun bir rəhbərlik heç bir zaman olmamışdır və bəlkə də heç olmayacaq. Amma bu demokratik rejimlərin çatmağı arzuladıqları bir ideal olaraq qala bilər (Arend, 1984)
Demokratiya insanı yalnız yurddaş olmaqla sadələşdirməz; onu eyni zamanda iqtisadi və siyasi birliklərə bağlı azad bir fərd olaraq qəbul edilə bilər (Touraine, 1997).
Demokratiya, bir həyat tərzi ya da ictimai və iqtisadi xüsusiyyətli bir nizam deyil; bir siyasi rəhbərlik formasından ibarətdir.
Demokratiyalarda əsas xalqın rəhbərlikdə təsirli olması öz özünü idarə etməsidir. Bu səbəblə demokratiyalar ümumiyyətlə "xalqa söykənən rəhbərlik sistemləri" olaraq qiymətləndirilə bilər. Demokratiyanın təsis edilməsində diqqət edilməsi lazım olan şərtlər demokratiyanın təməllərini meydana gətirər.
İşləyən bir demokratiyanın dörd ana qanunu və ya inşa bloku vardır. Bunlar, azad və ədalətli seçki, açıq və məsul hökumət, mədəni və vətəndaş haqları, demokratik və ya vətəndaş cəmiyyətidir (Beetham, 1998). Beetham və Boyla bu ünsürləri daha sistematik olaraq təyin etmək üçün diaqram olaraq "demokratiya piramidasını nümunə göstərir. Bu diaqramda hər bir ünsür hamı üçün lazımlıdır (1998). Bu ünsürlər demokratiyanın məqsədinə çatması üçün lazımlı olan köklü qanunlardır. Lakin Robert Dahl, ifadə edilən bu xüsusiyyətlərin yanında üç fərqli xüsusiyyət daha ifadə edir.
Dəxlə görə demokratiya anlayışı mühakimə yüklüdür və bu çərçivədə bəlkə də heç bir zaman çatılmayacaq olan bir ideal ifadədir. Bu səbəblə Dəxl demokratiya olma iddiasında olan ya da demokratik sayılan siyasi rejimləri aradan qaldırmamaq üçün poliarşi anlayışını istifadə edir. Hər hansı bir siyasi rejimin poliarşi olaraq xarakterizə edilə bilməsi üçün Dahl yeddi xüsusiyyətdən danışır. (1998). Lakin Bu xüsusiyyətlərin ölkədən ölkəyə zaman içində fərqliliklər göstərəcəyi, bu fərqliliklərin tarixi, mədəni, konjonktürel şərtlərdən qaynaqlana biləcəyi məlumdur.
Siyasi Təmsil imkanının bərabər və ədalətli olaraq qəbul edilmiş olması demokratiyanın reallaşmasının ən əhəmiyyətli şərtlərindən biridir. Çoxluqçu demokratiyalarda şəxslər və birliklər bir-birləri ilə və siyasi iqtidarla dialoqa girə bilər, bütün düşüncə və inanclarını aydın şəkildə ortaya qoya bilərlər. Çoxluqçu demokratiya içində iqtidarı tənqid etmə, müxalif fikirlər irəli sürmə və seçki yolu ilə iqtidarı əldə etmə oyunun qaydasıdır. Müasir demokratiyaların hamısı böyük ölçüdə təmsili demokratiyalardır. Yəni əsas siyasi qərarları birbaşa xalq deyil, onu təmsil etmək üzrə seçilən siyasi orqanlar alır.
İctimai təmsilin ən əhəmiyyətli ehtiyaclarndan biri iqtidarın təyin olunmasından sonrakı mərhələdə xalqın rəhbərlikdə təsirli ola bilməsi üçün müxalifətin azad olması və məhdudlaşdırılaraq təzyiq altına saxlanıl-mamasıdır. Ayrıca siyasi sahənin sərbəst rəqabətə açıq olması lazımdır. Konstitusional haqq və azadlıqların zəmanət altına alınması demokratik sistemin əsas qanununu ortaya gətirər və ideal olaraq bu haqqlar konstitusiya ilə və ya konstitusional haqqlar əsasında xüsusi qorunmağa alınmalı, əksəriyyətin müdaxiləsinə qarşı azad hala gətirilməlidir. Bu azadlıqlar vətəndaş cəmiyyəti tərəfindən təşkilatlanması məqsədi ilə istifadə edilə biləcəyi kimi hökumətə təsir etmə məqsədi ilə də istifadə edilə bilər. Bu şəkildə demokratiyanın reallaşması və rəhbərliyə qatılması təmin edilmiş sayılar.
Bərabərlik haqqı demokratiyalarda, qanunların hər kəsə bərabər şəkildə olması deməkdir. Bəzi insanların həyatlarının təbiətinə görə digərlərindən daha qiymətli olduğu şəklindəki aristokratik görüşə hücum edən İngilis hüquq teorisyeni Beethamın ifadə etdiyi kimi "hər kəs bir sayılmalıdır, kimsə birdən çox sayılmamalıdır" (1999). Bərabərlik prinsipi yalnız hökumət siyasətləri ilə insanların ehtiyaclarının qarşılanması deyil, eyni zamanda baxışlərının da bərabər sayılmasını tələb edir. Demokratiya ilə bərabərlik arasındakı əlaqə elə güclüdür ki, demokratiya bəzən siyasi bərabərlik vasitəsi ilə təyin olunar. Siyasi bərabərliyi demokratiyanın arzu edilən bir xüsusiyyəti olaraq görmək doğru olmaqla bərabər, əslində o demokratiyanın məntiqli və zəruri bir şərti olaraq xarakterizə edilə bilər. Lakin yenə də bunu, siyasi bərabərliyi təyin edici bir xüsusiyyət olaraq görməkdən ayırmaq faydalı olar.
Açıq və məsul hökumət demokratiya üçün təməl ehtiyaclardandır. Çünki hökumətin fəaliyyətləri və siyasətlərinin nəticələri haqqında doğru və aktual məlumat mövcud olmadan cəmiyyət mövqeləri məsul tutula bilməyəcəyi kimi, seçicilər şüurlu Göstərilən ünsürləri köklü qanunların reallaşmasına və gerçək demokratiyanın tam mənası ilə həyata keçirilməsinə imkan verəcəklər.
Hüquq dövləti və ya hüquqa bağlı rəhbərlik qısaca hüquqa söykənən və hüquq sayəsində var olan dövlət deməkdir. Hüquq dövlətindən məqsəd, yalnız qanunlarla idarə olunan bir dövlət deyil, bu qanunların müsbət hüquqi qaydaları ilə uyğunlaşma içində olduğu bir dövlətdir. Yalnız qanunların ümumi, mücərrəd və bərabər olması kifayət qədər qarantili olmadığı üçün, bu əsgiklik hüquq dövlətinin fərdi haqqlarını təmin edəcək şəkildə aydın olub tətbiq olunması ilə ortaya gələ bilər.
Demokratik bir dövlətin bu şərti mütləq yerinə yetirməsi lazımdır.
Azərbaycanda demokratikləşmə prosesin inkişafı:
1991-ci idə müstəqilliyini qazanmış Azərbaycan, Rus əsarətindən çıxaraq demokratik¬ləşməyə başlamışdır. Lakin bu başlanğıc üçün ictimai şərtlər hazır olmamış və ölkə təbii olaraq avtoritar bir rejim istiqamətində inkişaf emişdir. Hal bu ki, bu inkişaf totalitar rejimlərdən demokratik rejimlərə, fərdlilik cəmiyyətdən çoxluqçu bir cəmiyyətə gedişi yolunda zəruri bir dayanacaq idi.
Azərbaycanda yaşanan bu inkişaflar görünən fərqliliklərinə baxmayaraq, kökündə və ölkənin ümumi tarixi daxilində dəyişməz bir hal qazanmış olan yenilənmələr və bənzərliklərin bir panoramasını vermişdir. Bu yenilənmə və bənzərliklər birinci və ikinci Müstəqillik dövrlərində də eyni olmuşdur.
Bu hadisələr siyasi partiyalarda, Azərbaycan cəmiyyətinin, siyasi həyata qarşı ümumi maraqsızlığı, siyasi həyata qatılma əskikliyi və öz siyasi məsuliyyətinindən qaçma (apolitik olma) kimi problemlərini də ortaya çıxarmışdır. Cəmiyyətin problemləri, ölkənin ümumi siyasi problemlərindən daha çox, öz problemləri və gündəlik qayğıları ilə hərəkət etmək kimi ümumi bir mövqey sərgiləməsi, ölkədə siyasi təşkilatlanma və inkişaf, bir neçə şəxslərin fəaliyyətləri ilə məhdudlaşdırılmışdır. Ənənəvi təşkilatlanma səbəbi ilə cəmiyyətdən müəyyən nöqtələrdə uzaq qalan bu dar çevrə xüsusiyyət və halı olaraq güclü və ya gücsüzlüyünə paralel olaraq formalanan siyasi təşkilatlanmada olduqca dar əhatəli olmuşdur.
Bu yazıda, ölkənin daxili problemlərinin həlli xüsusiyyətləri və bunların siyasi həyata təsirləri, ictimai və siyasi təşkilatların quruluşlanmasına təsir edən faktorlar və tarixi zaman içərisində formalaşmış siyasi mədəniyyət və davranış kodlarının, müstəqillikdən sonra ortaya çıxan demokratikləşmə prosesinə təsirləri analiz zərurəti yaranmişdir.
Azərbaycandakı Çox Partiyalı Sistemin əsas Problemləri
Azərbaycanda siyasi partiyalara xas olan ən əhəmiyyətli xüsusiyyətlərdan biri onların böyük bir əksəriyyətinin heç də zamanın tələbləri və ictimai ehtiyaclarından ötrü qurulmamasıdır. Onların bir çoxu ayrı-ayrı şəxslərin, marağlı qruplarının hakimiyyətə gəlmə istəklərinin məqsədinin təmin edilməsinə xidmət etməsidir. Bu da ölkədə çox partiyalı sistemin daha dünya səviyyəsində olmadığını göstərir. həmdə ölkədəki siyasi bloklaşmaların böyük bir əksəriyyətinin müvəffəqiyyətsizliklə nəticələnməsinin də səbəbi olaraq görülə bilər.
Azərbaycanda çox partiyalı siyasi sistemin ən əhəmiyyətli xüsusiyyəti bir partiyanın suveren olduğu çox partiyalı sistemin qurluşudur. Bu da Azərbaycanda daha güclü və çox sayda üzvə sahib siyasi təşkilat olması ilə əlaqədardır. Digər partiyaları isə hələ hansı ideologiyanı və ictimai qrupu təmsil etdiyini təyin edə bilməmişlər. Bu baxımdan haqqında danışılan partiyalar, ictimai düşüncəni dəyişdirməyə, geniş əhatəli seçici kütləsinə sahib olmaq gücündə olmadıqlarını göstərir. Azərbaycanda siyasi sistem üçün daha bir əhəmiyyətli fakt isə eyni cəbhədə olan müxalifət partiyalarının öz aralarında belə siyasi qütbləşmənin var olmasıdır.
Bu günki Azərbaycan partiya sistemində mövcud olan partiyalar əsasən müəyyən bir lider ətrafında yaranan partiyalardır. Bu da partiyalar üçün partiya mənfəətləri, ideoloji prinsiplərin qabağına keçməsi ilə nəticələnir. Çünki, proqramında hər hansı ideoloji prinsiplərə üstünlük verən partiyalar deyil, lideri cəmiyyətdə böyük bir nüfuza sahib olan partiyaları güclü partiyalar olaraq qəbul edilir.
Azərbaycandakı siyasi partiyaların daha bir mənfi xüsusiyyəti isə partiyaların ictimai qruplarla bağlarının zəif olmasıdır. Normal siyasi sistemlərdə hər bir partiya müəyyən bir ictimai təbəqəyə xitab etdiyi halda, Azərbaycanda siyasi partiyalarının böyük bir hissəsi eyni ictimai təbəqəyə və qruplara xitab etməsidir.
Bu istiqamətdə Azərbaycandakı siyasi partiyaların demokratik ölkələrdəki kimi çox partiyalı siyasi sistemdə yığılan təcrübələrə sahib olmaması, siyasi sistemin də demokratikliyini böyük bir nisbətdə təsir etməkdədir.
Siyasi partiyaların böyük bir qismi öz proqramlarında orta sinifin mənafeylərini dəstəklədiklərini bəyan etsələr də, əslində bu mənafeyləri reallaşdırmaq iqtidarında deyillər. Digər tərəfdən iqtidardakı müxalif partiyalar kimi öz hədəflərindən biri olaraq orda yer alirlar.
Azərbaycandakı çox partiyalı sisteminə xas olan daha bir əsas isə, radikal sol və sağ partiyalar cəmiyyətə və dövlətə təsir etmək gücündə ola bilməməsidir. Bunun əsas səbəbi olaraq Sovet rəhbərliyini yaşamış olan Azərbaycanda sol düşüncəsinin artıq əhəmiyyətli olmamasıdır. Həddindən artıq sağ düşüncə isə müstəqilliyin ilk dövrlərində və Qarabağ döyüşləri zamanı Azərbaycanın qonşu İran, Rusiya kimi dövlətlərlə əlaqələrinə ciddi zərər verməsinə görə zəif qalmasıdır.
Azərbaycandakı çox partiyalı siyasi sistemin ortaya gəlməsində əhəmiyyətli səbəblərdən biri də çox partiyalı sistemin meydana gəlməsində iqtidarın çox istəkli olmamasıdır. Çünki Heydər Əliyev iqtidara gəldikdən sonra Azərbaycanda çox partiyalılığın meydana gəlməsində, iqtidarın idarəsi artmağa başladı. İqtidarın gücünün zəif olduğu ilk dövrlərdə, iqtidarın müxalifətlə sıx əlaqələr içərisində olma istəyini tez-tez dilə gətirdiyinin şahidiyik. Məsələn, 1994-cü ilin oktyabr ayında Həydər Əliyev cəmiyyətdə birliyə çatmaq üçün müxalifət partiya başçıları ilə Prezident sarayında bir araya gəlmişdilər. Amma sonrakı dövrlərdə bu növdən olan görüşlərə heç rast gəlinmədı. İqtidarın gücləndiyi andan müxalifət partiyalarının fəaliyyətləri məhdudlaşdırıldı və onların mitinq və nümayiş keçirmələrinə davamlı maneələr yaradılmağa başlandı. Hətta, seçki nəticələrinin belə çox ciddi bir ölçüdə saxtalaşdırılmasını müxalifət partiyaları deyil, bir çox xarici müşahidəçilər belə bildirdilər.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz