0

Bakıda daha bir metro stansiyasının açılışı gözlənilir

Baxış: 1 105

Hazırda yeni metro stansiyalarının tikintisi ilə bağlı işlər görülür. Bildiyimiz kimi cənab Prezident İlham Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinə təkrar start verildiyini bildirib.

Bunu Press-az.com-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hazırda bir neçə metro stansiyası üzrə tikintilərin davam etdirildiyi haqda danışarkən deyib:

“Hazırda bir neçə istiqamətdə metro stansiyalarında tikintilər davam edir. Paytaxtın Ceyhun Səlimov küçəsindəki “Bənövşəyi xətt” üzrə şərti adı “B3” olan metro stansiyasında tikinti işlərini daha da sürətləndirmişik. Bundan əlavə “Xocahəsən” Elektrik Deposu, “Avtovağzal” stansiyasından “Xocahəsən” Elektrik Deposuna gedən tunel və “Həzi Aslanov-2” stansiyasında tikinti işləri davam etdirilir. Bu stansiyalardan ən birinci “B3” stansiyası çox güman ki, gələn il istifadəyə veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz