0

Goranboyda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Baxış: 446

Goranboyda avtomobil aşıb, xəsarət alanlar var.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Goranboy-Qərvənd avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində sürücü və sərnişin müxtəlif dərəcəli xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz