0

Göygöldə qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib

Baxış: 121

Göygöl rayonunun Hacıkənd-Tülallar avtomobil yolunda idarəetmədən çıxaraq yol kənarındakı qarlı dərəyə düşən "UAZ" markalı avtomobildə olan şəxslər xilas edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bir müddət qarlı dərədə qalmaq Çıraqlı kənd sakinlərinin səhhəti üçün ciddi bir problem yaratmayıb.

Avtomobilin tara düşdüyü ərazidə qarın hündürlüyü təxminən 1.5 metrdir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz