0

Azərbaycanda toz dumanı gözlənilir

Baxış: 308
Ölkə ərazisində qısmüddətli toz dumanı gözlənilir.

Bu barədə Press-az.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.
  Mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Buna səbəb dekabrın 18-də günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz