"Maarifçiliyə Dəvət" İB-nin növbəti tədbiri Şirvan şəhərində baş tutub » Press-az
0

"Maarifçiliyə Dəvət" İB-nin növbəti tədbiri Şirvan şəhərində baş tutub

Baxış: 275

"Maarifçiliyə Dəvət" İB rəhbərliyi təşkilatın şöbələri ilə görüşlərini davam etdirməkdədir.
Bu barədə "Maarifçiliyə Dəvət" İctimai Birliyinin Mətbuat Xidmətindən Xeberman.com-a məlumat verilib.

Məlumatda bildirilir ki, "Maarifçiliyə Dəvət" İctimai Birliyinin sərdi Elçin Manafov və təşkilatın rəhbər heyəti ictimai birliyin şöbə üzvələri və təəssübkeşləri ilə görüşlərini davam etdirir.
Sözügedən görüşlərdən daha biri Şirvan şəhərində baş tutub.
"Maarifçiliyə Dəvət" İB-in sərdi Elçin Manafov ilk olaraq təşkilatın məram və məqsədlərini açıqlayıb, ictimai fəaliyyəti barədə məlumat verib.
Hacı Elçin Manafov bildirib ki, maarifçilik sahəsində pərakəndə yox, təşkilatlanmış şəkildə iş aparılması daha effektivdir. O, muasir dövrün tələblərinə uyğun olaraq ictimai münasibətlərdə maarifçiliyn əhəmiyyətinin getdikcə daha da artmasının bu işləri zəruri məsələlərdən birinə çevirdiyini vurğulayıb.
Təşkilat sədri qeyd edib ki, təbii olaraq insanların fərdi münasibətləri xüsusi əhəmiyyət kəsb edir, amma bu ictimai birliklər səviyyəsində təzahürünü taparsa nəticələri də daha geniş miqyaslı olar.
İctimai Birliyin sərdi həmçinin dövrümüzdəki ictimai proseslərə toxunub, cəmiyyətimizə və ümumilikdə dünyaya təsir edən mühüm hadisələri şərh edib.
Sonra Elçin Manafov ona ünvanlanan sualları cavablandırıb və maraqlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

 "Maarifçiliyə Dəvət" İB-nin növbəti tədbiri Şirvan şəhərində baş tutub

 

 "Maarifçiliyə Dəvət" İB-nin növbəti tədbiri Şirvan şəhərində baş tutub

 

 "Maarifçiliyə Dəvət" İB-nin növbəti tədbiri Şirvan şəhərində baş tutub

 

 "Maarifçiliyə Dəvət" İB-nin növbəti tədbiri Şirvan şəhərində baş tutub

 

 "Maarifçiliyə Dəvət" İB-nin növbəti tədbiri Şirvan şəhərində baş tutub

 

 "Maarifçiliyə Dəvət" İB-nin növbəti tədbiri Şirvan şəhərində baş tutub

 

 "Maarifçiliyə Dəvət" İB-nin növbəti tədbiri Şirvan şəhərində baş tutub

 

 "Maarifçiliyə Dəvət" İB-nin növbəti tədbiri Şirvan şəhərində baş tutub

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz