0

Sumqayıt polisi aclıq aksiyası keçirən sahibkarları hədələyir

Baxış: 1 046
Bu gün aclıq aksiyasına başlayan bir qrup sahibkar Sumqayıt icra başçısı Zakir Fərəcovun onlara olan borcunu qaytarmalarını tələb edirlər. Xatırladaq ki, 2 ilə yaxındır ki, Sumqayıtda abadlıq işləri aparan iş adamları icra başçısı tərəfindən haqsızlığa məruz qalıblar.
Onlar milyonlarla vəsaitini abadlıq işlərinə xərcləyib, lakin icra başçısı onları aldadıb. Dəfələrlə aidiyyatı qurumlara müraciət edən iş adamları nəticə əldə edə bilməyiblər. Hətta Sumqayıt polisi onları həbs etməklə hədələyir.Bir neçə saat öncə aclıq aksiyası keçirən iş adamları yenidən Sumqayıt polisi tərəfindən hədələniblər. Şəhər polis idarəsinin 4-cü bölməsindən sahibkarlara zəng edən Ceyhun adlı polis əməkdaşı onlardan polisə gəlməyi tələb edib. Aclıq aksiyasını Bakıda keçirən iş adamlarının yaşadığı qeydiyyat Sumqayıtda olmasa da şəhər polisi öz qanunsuz əməllərini davam etdirir. Maraqlıdır ki,Sumqayıt şəhər 4-cü polis bölməsinin rəisi Sumqayıt məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur. Ruslan Hüseynov adlı bu rəis dəfələrlə vətəndaşları şantaj etməklə həbs edib. Atasının vəzifəsinə güvənən bölmə rəisi Sumqayıtda etirazları və narazılıqları artırmaqdadır.
 Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz