0

Beyləqanda baş verən hadisənin ört-basdır edilməsinə şəxsən Vaqif Abdullayev rəhbərlik edir

Baxış: 2 065
Baş verən hadisənin ört-basdır edilməsinə şəxsən Vaqif Abdullayev rəhbərlik edir 
Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın, Dövlət Yol Polis idarəsində işləyən oğlu Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlması barədə ölkə mediasında məlumat yayılıb. Həmin məlumatla bağlı Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov, rayon DYP rəisi Azad Məmmədov, polis rəisi Füzuli Şıxəliyev və Tural Əliyevin anası Xuraman Rüstəmova müxtəlif açıqlamlar veriblər. Dünən Baş Dövlər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlama verərərək hadisənın bıçaqlanma olmadığını və tərəflərin sadəcə "kağız kəsən alətlə təsüdüfən bir-birinə xəsarət yetirdiyini” bildirdi. Kamran Əliyev dəqiq informasiyanın Beyləqan polis şöbəsindən almağı da tövsiyə edib. 
Baş verən hadisənin bəzi detalları ilə bağlı XəzərNews.az məlumat əldə edib. Həmin məlumatda vurğulanır ki, martın 10-da saat 19-00 radələrində Beyləqan - Daşburun stansiyası magistral yolunun Milabad kəndi yaxınlığında DYP işçisi Tural Əliyevlə Namiq Zeynalov arasında mübahisə yaranıb. DYP işçiləri arasında mübahisənin yaranma səbəbi isə Tural Əliyevin Namiq Zeynalova kobud cavab verməsi və ona qarşı saymamazlıq hərəkəti etməsi olub. Üç gün öncə DYP-də işə başlayan Tural Əliyevin bu hərəkətindən əsəbləşən Namiq Zeynalov isə həmkarına onun DYP-yə necə keçdiyini və onların haqqında rayonda hansı söz söhbətlərin gəzdiyi ifadəsini işlədib. Namiq Zeynalovun bu sözündən sonra Tural Əliyev cibində gəzdirdiyi kiçik bıçaqla iş yoldaşına arxadan bir neçə zərbə endirməyə başayıb.
Məlumatda qeyd edilir ki, bıçağın kiçik olması və Namiq Zeynalovun cəld reaksiyası nəticəsində ona iki zərbə dəyib. Davaya vətəndaşların yığışdığını görən Tural Əliyev Namiq Zeynalovu hadisə yerində qoyaraq qaçıb. Məlumatda rayon sakinləri Namiq Zeynalovu Mərkəzi Xəstəxananın Təcili Tibbi Yardım Mərkəzinə gətirərək ona ilkin yardım edilməsinə köməklik göstəriblər. 
Hadisə baş verdikdən təxminən 25 dəqiqə sonra Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova və digər iki oğlu Mərkəzi Xəstəxanaya gəliblər. Baş həkim Əli Məmmədovla və Namiq Zeynalovun qohumları ilə görüşən Xuraman Rüstəmova nə lazımdırsa ediləcəyini və məsələnin sakitcə, sülh yolu ilə həll olunmasını xahiş edib. Təhsil Şöbəsinin müdiri xəstəxanda açıq şəkildə deyib ki, "baş verən hadisə ilə bağlı rayon icra başçısı Vaqif Abdullayevlə və Polis rəisi Füzuli Şıxəliyevlə danışdım. Onlarda istəyirlər ki, bu məsələ sakit öz həllini tapsın”. 
Beyləqan polis idarəsindəki mənbəmizin saytımıza verdiyi məlumata görə hadisədən bir gün sonra polis idarəsinin rəisi Füzuli Şıxəliyev təcili şəkildə rayona gələrək öz kabinetində Xurman Rüstəmova ilə 1 saat söhbət edib. Həmin söhbətin bir hissəsində rəisin müavini Taleh Hüseynov da iştirak edib. Məlumatda vurğulanır ki, Füzuli Şıxəliyev Xuraman Rüstəmova görüşünə icra başçısı Vaqif Abdullayev də telefonla qatılaraq hadisənin təcili şəkildə ört basdır edilməsini və məsələnin mətbuatdan gizlədilməsi tapşırığını verib. Namiq Zeynalovun anasının mətbuata açıqlaması xəbəri yayılandan sonra isə Xuraman Rüstəmovanın DYP işçisinin yaxın qohumlarına zəng edərək onları hədələdiyi deyilir. 
Məlumata görə Beyləqan Təhsil şöbəsinin müdiri xəstəxanada oğlanlarına və qohumlarına "nəyin bahasına olur - olsun oğlum işini itirməyəcək və lazım olsa Turala görə aldığım obyektləri satıb məsələni bağlayacam” deyir.
Qeyd edək ki, Xuraman Rüstəmova Beyləqan Təhsil Şöbəsinin müdiri təyin edildikdən sonra rayonda bir neçə obyekt, yanacaqdoldurma məntəqəsi və oğlanlarına bir neçə bahalı avtomobil alıb. Şöbə müdirinin icra başçısı Vaqif Abdullayevlə şərikli maliyyə maxinasiyaları etməsi barədə ölkə mətbuatında dəfələrlə məlumatlar yayılıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz