0

Dörd uşaq anası ölüm ayağında, həkimlər yaxın durmur — Lənkəran Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ

Baxış: 206
Lənkəran rayonu Günəhir kənd sakini Elbəy Hüseynov "Ölkə.Az"ın redaksiyasına müraciət edib.

Müraciətdə bildirilir ki, ötən gün həyat yoldaşı Hüseynova Vlənaz Sərdar qızının vəziyyəti qəfil ağırlaşıb. Dəfələrlə Lənkəran rayon Təcili Tibbi yardım Mərkəzinə zəng vursalar da, bildirilib ki, kəndə təcili yardım maşını göndərə bilməyəcəklər:

"Məcbur olub qonşu kəndə qədər xəstəni özümüz gətirdik. Oradan isə təcili yardım maşınıyla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirmişik. Dünən gecə bildirdilər ki, təcili əməliyyat olunmalıdır. Amma bu gün deyirlər ki, beş yüz manat verin, əməliyyat edək. Həyat yoldaşımın durumu getdikcə ağırlaşır. Bakıda fəhlə işləyirəm. Rayona cəmi 26 manat pulla gəlmişəm. Çox xahiş edirəm, Səhiyyə Nazirliyinin rəhbərliyi, digər rəhbər şəxslər dörd övladımın yetim qalmaması üçün lazımi göstərişləri versinlər".
Mövzunu diqqətdə saxlayacağıq.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz