0

Xaçmazda bələdiyyəsinin sədri rayonun sosial infrastruktur problemini həll etmir - 'Sotu 500 torpaq satır'

Baxış: 523
Mahir Fətəliyev vəzifəsindən sui-istifadə edir.

Xaçmaz rayonunda bir sıra qurumların fəaliyyətsizliyi rayonun vəziyyətini çətinləşdirib. Rayon camaatının dediklərinə görə, Xaçmaz rayon bələdiyyəsinin fəaliyyətində bir sıra nöqsanlar var. Bələdiyyə sədri Mahir Fətəliyev sədr seçiləndən bəri rayonda vəziyyət acınacaqlı haldadır. Rayon sakinlərinin dediyinə görə, Mahir Fətəliyev rayon sakinlərinə məxsus torpaq sahələrini zəbt edir. Belə ki, bələdiyyə sədri uzun illərdir vətəndaşlara məxsus olan torpaq sahələrini istədiyi şəxslərin zəbt etməsinə şərait yaradır. Deyilənə görə, Mahir Fətəliyev onun sədr seçilməsinə kömək edən şəxsin sakinlərə məxsus torpaq sahələrindən istifadə etməsinə şərait yaradır.

Bütün bunlar onu deməyə əsas verir ki, Xaçmaz bələdiyyə sədri Mahir Fətəliyev imkanlarını əməli iş üçün deyil, öz büdcəsini artırmaq üçün səfərbər edir. Sözügedən bələdiyyə sədrinin fəaliyyəti dövri olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumun mövcudluğu yalnız rəsmi tədbirlərin gedişi zamanı müşahidə olunur.

Xaçmaz şəhər bələdiyyə sədrinin qanunsuz icratları ilə bağlı redaksiyamıza məlumatlar daxil olmaqdadır. Beləki, Bələdiyənin balansında olmayan, Xaçmaz Suvarma Sistemləri İdarəsinin balansında olan kanalın keçdiyi ərazi kanalın üstü daxil olmaqla Mahir Fətəliyev tərəfindən 1 sotu 500 manata satışa çıxarılıb. Bakunews.az-a verilən məlumata görə, M.Fətəliyevin qanunsuz əmələri bununla bitmək bilmir. sakinlərə saxta sənətlər vasitəsi ilə bir yeri bir neçə nəfərə satmağıda daxil dövlət büdcəsinə durmadan böyük məbləğdə ziyan vurmaqdadır. İddia edilən məsələlərlə bağlı isə Bakunews.az-a fotolar göndərilib. Həmin fotolarda M.Fətəliyevin sotu 500 manata satdığı ərazi qeyd edilərək iddiaların bununla yekunlaşmadığını qeyd edirlər. Məsələnin ciddiliyini nəzərə alaraq bununla bağlı aparılan araşdırmaların nəticəsinidə oxucularımıza təqdim edəcəyik. M.Fətəliyevin barəsində etibarlı mənbələrin verdiyi məlumata görə, Xaçmazın qaynar nöqtələrində onun aptekləri, super-marketləri, gözəllik salonları, tikinti materialları dükanı, şadlıq sarayları və avtoservisləri var. Bakıdakı obyektlərinin, mənzillərinin isə dəqiq sayını bilən yoxdur.

Qeyd edək ki, bələdiyyə sədri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlara ciddi ziyan vurur. Bu da rayonun neçə-neçə sakininin haqlı narazılığına səbəb olur. Məhz bu məmurun fəaliyyətindəki nöqsanlar səbəbindən rayon sakinləri bir çox problemlərlə üzləşirlər. Təəssüf ki, bələdiyyə sədri yerli vergilər hesabına rayonun sosial infrastruktur problemini həll etmir. Əksinə olaraq M.Fətəliyev qanunsuz torpaq alqı satqısından gələn gəliri dövlətdən mənimsəyərək şəxsi hesabına keçirməkdə və günü gündən mülkünün sayını artırmaqdadır. Bu şəxsin vəzifəsindən sui-istifadə etməsi hallarının baş verdiyi artıq iddiaların 2 ildən çoxdur ki davam etməsi məsələ ilə bağlı qurumların susmasının heçdə dolğun qərar olmadığına işarə edir. bir neçə ildir M.Fətəliyev barəsində media qurumlarında da yüksək korruptiv əmələrin törədilməsi ilə bağlı məlumatlar yer almaqdadır. 

Gələn yazılarımızda bu Suvarma Sistemləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının məsələyə hansı prizmadan yanaşmaları gördükləri işlərlə bağlı geniş məlumatlar veriləcəkdir.

Ardı var.

Məsələ ilə bağlı araşdırmalarımız davam etdiriləcək. Bizi izləməyi unutmayın.


Redaksiyadan: Yazıda adı keçən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz