0

Arzu Rəhimovun yanvar çağırışında “niqodnıy əsgər” bazarlığı – İttihamlar

Baxış: 1 649

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun bu sahədə islahatlar həyata keçirəcəyi gözlənilirdi.

General sağlam gənclərin rüşvət müqabilində hərbi xidmətdən yayındırılması, xəstə və kasıb uşaqların isə cəbhə xəttinə yollaması hallarına son qoyulacağına ümid edilirdi.

Bu əsnada verilən xəbərlərə görə, xidmət rəisinin fəaliyyəti dönəmində ayrı-ayrı hərbi komissarlıqlarda hərbi bilet biznesi daha da çiçəkləndi.

Elə son bazarlıqlar ilin axırında növbəti dəfə reallaşdı. Yanvar çağırışı ilə bağlı əsgərliyə getmək istəməyən xeyli sayda gənc rüşvətlə hərbi xidmətdən yayındırılıb. Bu özbaşınalıq və qanunsuzluqlara xəstəxanalar, poliklinikalar da şərik çıxırlar.

Onların verdiyi tibbi arayışlar əsasında hərbi komissarlıqlar müvəqqəti xidmətə yarasızlıqla bağlı hərbi bilet verirlər. Və bu biznesdə hər kəsin öz payı var. Yəni, həkimlər və komissarlıqlar əlbirdirlər.

A.Rəhimovun yaratdığı bu sistem resublikanın əksər hərbi komissarlıqlarında hökm sürür. Sonra toplanan pullar bir “katyol”a çatır.

Yəni, iddialar ondan ibarətdir ki, Xidmət rəisi general Novruzəli Orucov vəzifəsindən kənarlaşdırılıqdan sonra bütün bazarı bir əldə cəmləyib.

Onun yerinə özünə müavin təyin etməyən və status-kvo ürəyincə olan A.Rəhimov təzə şərik istəmir.

Yanvar ayı üzrə isə hərbi xidmətə çağırış vərəqəsi alan gənclərin sırasında əksər bölgələrdən “niqodnıy bilet” alanlar olduğu bildirilir.

Hazırda Lənkəran, Şəki, Quba, Xaçmaz, Cəlilabad, Şamaxı, Qəbələ və s. eləcə də Bakının rayonlarından hərbi komissarlıqlar rüşvət qarşılığında sağlam gəncləri əsgərlikdən yayındırıblar.

Neçə müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən özbaşınalıqlar dövrü mətbuatın diqqət mərkəzindədir.

Buna qədər yazılanlar arasında dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilirdi.

Arzu Rəhimovun rəhbərlik etdiyi qurumun xidmət rəisi müharibə şəraitində yaşamağımıza baxmayaraq, saxta hərbi bilet sataraq milyoner “iş adamına” çevrilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışanların övladlarının böyük hissəsi ya hərbi xidmətdən yayınır, ya da cəbhə bölgəsindən kənarda xidmət edirlər.

Daha əvvəl səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun oğlu Murad Rəhimovun da hərbi xidmətdən yayınması haqqında mətbuatda məlumat yayımlanmışdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən bəri ölkə gündəmindən düşmür. Təbii ki, müsbət əməlləri, islahat xarakterli davranışları ilə deyil.

Daha çox çox səriştəsizlik, qalmaqallar, rüşvət, xəstə gənclərin sağlamların yerinə əsgəri xidmətə cəlb olunması, sonradan xəstəlik ucbatından tələf olan gənclərin sayının artması ilə yaddaşlarda qalıb.

Xatirinizdədirsə, Xidmət rəhbəri Arzu Rəhimov hələ fəaliyyətin ilk günlərində bütün komissarlıq heyəti ilə ilk toplantısında ordunu aşağılayacaq ifadələrə yer vermişdi. Onunla işləmək istəməyənlərin orduya qayıdıb, xidmət edə biləcəklərini demişdi.

Arzu Rəhimovun hələ başlamamış özünü ordudan yuxarı, üstqurum kimi təqdim etməsi gələcək bəzi qaranlıq məqamlardan xəbər verirdi.

Yəni, komissarlara bu qurumda işləməyə layiq olmaq istəyən “xoşbəxtlərin” hansı doğanaqdan keçəcəklərinə dolayısı ilə bir işarə verilirdi.

Buna layiq olmayan “bədbəxtlərə” isə gedəcəkləri yer, yəni, özlərindən aşağı və cəza aləti hesab etdikləri ordunu nişan verilirdi. (palitika.az)

Qarşı tərəfi dinləməyə hazırıq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz