0

Zakir Fərəcovdan çörək monopoliyası: Bakıda istehsal olunan çörəklərin satışı qadağan olundu

Baxış: 1 600
Sumqayıtın İcra Hakimiyyəti şəhərdəki market sahiblərinə xəbərdarlıq edib. Bu barədə məlumatı Finans.az-a market sahiblərindən biri verib. Onun sözlərinə görə, market sahibləri şəhər İcra Hakimiyyətinə çağırılıb, İcra Hakimiyyəti başçısının müavini onlarla görüşüb. Market sahiblərinə bildirilib ki, yanvarın 8-dən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunur və marketlər yalnız Sumqayıt çörək zavodunun məhsullarını sata bilərlər. Bildirilib ki, Bakıdan Sumqayıta çörək daşıyan maşınıarın siyahısı Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə verilib və həmin maşınların Sumqayıta çörək gətirdiyi aşkarıansa, cərimə meydançasına aparılacaqlar. Bu qərar market sahiblərinin ciddi narazılığı ilə müşayiət olunur. Onlar bildirirlər ki, çörək satışınım əhəmiyyətli hissəsi Bakıdakı istejsalçıların məhsullarının payına düşür. Bakı çörəklərinin satışının qadağan olunması isə marketlərə ziyan vura bilər. Bakıda fəaliyyət göstərən bir neçə çörək istehsalı müəssisəsi yaranmış vəziyyətlə bağlı sabah İqtisadi İnkişaf Nazirliyinə müraciət etməyi və Sumqayıtdakı inhisarçılığa son qoyulmasını tələb etməyi planlaşdırır. İddialara görə, Sumqayıt çörək zavodu İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova məxsusdur. Zavodun avadanlıqları Zakir Fərəcovun yaxınıarı tərəfindən Almaniyadan gətirilib və Sumqayıtda quraşdırılıb. Lakin istehsal olunan çörəyin keyfiyyəti Bakıdakı müəssisələrin istehsalından keyfiyyətcə geri qaldığı üçün Zakir Fərəcov monopoliya yaratmağa üstünlük verir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz