0

Nazirin başçı ilə yola getməyən Xaçmazdakı kadrı “ölü can”lar saxlayır - İddia

Baxış: 1 521
YAP-ın Xaçmaz rayon təşkilatının sədri, Mədəniyyət və Turizm Regional İdarəsinin direktoru Nazim Ağayevin “ölü can”lar saxladığı haqda iddialar var

Press-az.com palitika.az-a istinadla bildirir ki, rayondan gələn xəbərə görə, N.Ağayev idarədə öz qohum-əqrəbalarına ştatlar açıb. Onların maaş kartını isə özündə saxlayır. Məlumatda bildirilir ki, idarə direktoru Ağayevlərin hamısını işlə təmin edib. Ağayev ayrılan dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Məlum olduğu kimi Xaçmaz rayonu özünün əsrarəngiz təbiəti, saf havası ilə hələ sovetlər dönəmindən ölkə əhalisinin istirahət üçün üz tutduqları bölgələrdən biri kimi tanınıb.N.Ağayevin rayonun bütün turizm və mədəniyyət obyektlərini sırf şəxsi məqsədləri naminə istismar etdiyi vurğulanır. Bu gün rayon ərazisində fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzləri, mədəniyyət müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. 

Hazırda Xaçmaz rayonunda 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkı və digər mədəniyyət və turizm obyektləri yerli sakinlərə və rayonun qonaqlarına xidmət göstərir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə şöbənin rəhbərliyi tərəfindən mənimsənilir.

MTİ müdiri ilə Xaçmazın icra başçısı Şəmsəddin Xanababyev yola getmirlər. Onların arasındakı problemin səbəbi N.Ağayevin saymazyana hərəkətləridir. O belə izah edir ki, icra başçısı işləməyə imkan vermir. Faktiki olaraq isə idarə müdiri nəsildəki Ağayevləri ətrafına toplayaraq onlara iş verib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin isə görünür ki, Ağayevin əməllərindən xəbəri yoxdur. Rayondakı klubların əksəriyyəti baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Halbuki, hələ bir neçə il əvvəl həmin klublarda müxtəlif tədbirlər keçirilirdi. Bu gün isə həmin klublardan bir neçəsi az qala tövləni, toyuq hinini xatırladır. 
Adı sadəcə kağız üzərində mövcud olan bu müəssisələr şöbə müdiri üçün əməlli-başlı qazanc mənbəyinə çevrilib. 

İddialara görə, idarə müdiri klublarda ştatdan kənar işçilər saxlayır və onlara yazılan aylıq əməkhaqlarını da özü alır.Həm də bu “ölü canlar” təcrübəsi əksər mədəniyyət evlərində, kitabxanalarda, müsiqi məktəblərində də tətbiq edilməkdədir. Bundan başqa isə, şöbənin nəzdində fəaliyyət göstərən mədəniyyət evlərinə, kitabxanalara və klublara mal və inventarların alınması adı altında da mütəmadi olaraq külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradılır. 
Həmçinin Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin sifarişi ilə həyata keçirilən tenderlər haqda bildirilir ki, N.Ağayev təmir-tikinti, habelə müxtəlif avadanlıqların alınması məqsədilə elan edilən tenderlərə özünə yaxın olan şirkətləri məhz yuxarıda qeyd edilən məqsədlərlə cəlb edir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz