0

İsmayıllıda etiraz – İcra başçısı vətəndaşları aldadır

Baxış: 1 721
İsmayıllı rayonundan daxil olan müraciətdə icra başçısı Mirdaməd Sadıqovun vətəndaşların probleminə biganə münasibət göstərməsindən bəhs olunur..
Müraciət sahibləri, icra başçısının qəbul vaxtı onlara verdiyi vədləri yerinə yetirmədiyini bildirir və rayonda problemlərin artdığını yazırlar.
Bir neçə il öncə rayona icra başçısı gətirilən M.Sadıqovun rayon sakinlərinin problemlərinə biganə yanaşması nəticəsində narazılıqlar çoxalıb. Rayonun kəndlərində sosial problemlər artmaqla sadə insanların yaşayış səviyyəsi aşağı düşüb.
Vətəndaşlar kənd yollarının bərbad halda olduğunu və kəndlərdə qaz yanacağının olmamasından çəkdikləri əziyyətlərdən bəhs edirlər. Onlar Realliq.org vasitəsilə ölkə başçısına müraciət edirlər: “Cənab Prezident. Biz yaşadığımız kəndlərdə vəziyyət acınacaqlıdır. İnsanlar qaz olmaması səbəbindən meşələrə üz tutur, ağacları qırırlar. Yollarımız neçə ildir ki, keçilməz haldadır. İcra başçısının qəbulunda olanda bizə - hara gəlmisiz gedin ora – deyir. Rayon sakinlərinin şikayətlərinə baxan yoxdur. Mirdaməd Sadıqov və müavinləri vətəndaşları dinləmək istəmir. Sizdən xahiş edirik, bizə kömək edin”.
Qeyd edim ki, rayonun bir sıra kəndlərində orta məktəblərdə istilik sisteminin olmaması səbəbində dərslər keçirilmir. Məsələ ilə bağlı rayon icra başçısına olunan müraciətlər nəticəsiz qalıb.
İsmayıllı rayon sakini İsmayılov Xaliəddin də redaksiyamıza müraciət edərək yaşadığı kəndəki problemlərdən bəhs edir. O qeyd edir ki, rayonun Sultankənd və digər kəndlərində əhali qışa hazır deyil. Onun sözlərinə görə rayon rəhbərliyinin qəbulunda olublar. Lakin, Mirdaməd Sadıqov onların müraciətlərinə məhəl qoymur.
İsmayıllı rayonundan olunan müraciətlər və Realliq.org – un email ünvanına daxil olan məktubların sayı çoxalmaqdadır. Biz də öz növbəmizdə daxil olan müraciətləri araşdırırıq.
Onu da qeyd edək ki, rayon icra başçısı və onun müavinləri İsmayıllıda böyük biznes qurublar. Müavinlərin hötellər və istirahət mərkəzlərinin sahibi olmaları danılmaz faktdır. Və növbəti yazıda bu barədə ətaraflı məlumat verəcəyik.

Realliq.org
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz