0

Masazırda qanunun nə deməyindən asılı olmayaraq “Azərsu” sayğaca görə 300 manat ver deyir..- ŞİKAYƏT

Baxış: 1 563

Teref.info Masazır qəsəbəsində yerləşən A.Abbasov yaşayış massivində yaşayan sakinlərin şikayətini sizlərə təqdim edir:

Masazır qəsəbəsi Akim Abbasov küçəsi 68 ünvanda yerləşən Akim Abbasov yaşayış kompleksinə bu gün Abşeron rayonu su kanal idarəsinin yəni Azərsuyun işçiləri gələrək sakinlərin qapısını döyərək su sayğacı quraşdıracaqları bəhanəsilə 300 manat pul tələb etməyə başlıyıblar.

Mənim də qapımı döyüb həmin məbləği məndən də istədilər və mən də ölkə başçısının sərəncamına görə su sayğaclarının quraşdırılması ödənişsiz olduğunu dedim və bunun üçün ödəniş nəzərdə tutulmadığını etdikləri hərəkətin qanunsuz olduğunu dedim. Onlar da cavablarında dedilər ki 300 manat verməsən suyunu kəsəcəyik. Onların istədiyi məbləğ məndə olmadığına görə təbii ki pul da verə bilmədim və nəticədə mənim suyum gələn borunu torpağın altınnan qazıb çıxardılar və borunun içinə paz saldılar.
Teref.info olaraq adları çəkilən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq!

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz