0

Füzuli təhsilində 300 min manatlıq yeyinti-ŞOK FAKTLAR

Baxış: 4 422
Ərazisi işğal olunmuş rayonların ümumtəhsil sisteminə ayrılmış büdcə vəsaitlərinin yerləşdirilməsi, təyinatı üzrə xərclənməsi və bu işlərə dövlət nəzarətinin gücləndirilməsi daima ölkə başçısının qarşısında duran ən vacib məsələlərdən biridir.

Təəssüflər olsun ki, belə bir şəraitdə dövlət vəsaitini ayrı-ayrı təyinatlar üzrə yönəldən harınlamış məmurlar hələ də iş başındadır.

Füzuli rayonundan RealMedia.az-a verilən məlumata görə yerli təhsil şöbəsinin müdirəsi Ramella Məmmədova təhsildən heç bir xəbəri olmayan, təcrübəsiz biridir. Amma 200 min manat verərək, sözügedən postu ələ keçirə bilib. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla yaxın qohum olması karına gəlib. Ramella Məmmədovanın geniş qohumluq əlaqələri haqda ayrı yazımız olacaq. İndi isə qurduğu korrupsiya piramidası haqda.

Rayon təhsil şöbəsində işə girəni və çıxanı, direktor və ya dərs hissə müdiri gedəni, testdən keçib bal toplaya bilməyənləri, 65 yaşı tamam olanlarla yenidən müqavilə bağlayanları soymaq öz yerində.Bunlar aysberqin görünən tərfəfi.

Hamı da bilir ki, direktorlar da tapşırılan məbləği müəllimlərdən, müəllimlər isə şagirdlərdən alır. Hazırda repetitor yanına buraxılıb dərsə gəlməyən şagirdlərin ayı rayonda 200, 300 Bakı şəhərində isə aylığa 500 manatdır.

Əsas qazanc başqa sahədədi.

Realmedia.az bildirir ki, rayonunun təhsil sahəsinə ayrılmış büdcə vəsaitlərinin xeyli hissəsi talan edilib və bu talançılıq müxtəlif forma və metodlarla həyata keçirilib. Bu faktlar arasında saxta sənədlərdə düzgün olmayan məlumatların təqdim edilməsi əsasında siniflərin və məktəblərin açılması halları xüsusi yer tutur. Yerli məktəblərdə təhsilə cəlb edilmiş şagirdlərin və yaxud digər köçkün məktəblərin şagirdlərinin adları siyahıya əlavə edilərək, saxta siniflər açılır, məktəblər təsis edilir. Yaxud yeni köçkün məktəblərinin yaradılması üçün ərazidə faktiki fəaliyyət göstərən məktəbin şagird kontingenti olduğu kimi ikinci dəfə götürülür və həmin məlumat əsasında təkrar ikinci məktəb açılır. Eyni zamanda bu sinif və məktəblər üçün uzun illər boyu maliyyə vəsaiti ayrılır və mənimsənilir.

Bir detal, bu gün Beyləqanda Füzuli məktəbləri fəaliyyət göstərir. Amma kağız üzərində, nə müəllim tapa bilərsiz,nə şagird. Ramella Məmmədovanın 800-900 şagirdi təkcə bir Beyləqanda havaya "buxarlanıb”. Dövlətin ayırdığı 300-400 min büdcə hara yox olub?

Bu yaxınlarda təhsil naziri Füzulidə olarkən Ramella Məmmədova çox həyəcan keçirdi ki,Mikayıl Cabbarov bunlardan xəbər tutmasın. Buna nail də oldu. Eybi yox, adı olub, özü olmayan Füzuli məktəblərindən reportajları biz cənab nazirə göndərərik, eləcə də inzibati orqanlara.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz