0

Sumqayıtda qaz olmayacaq - SAKİNLƏRİN NƏZƏRİNƏ!

Baxış: 264
Orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması və qaz xətti üzərində quraşdırılan siyirtmənin təmiri ilə əlaqədar, 13 sentyabr 2017-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz” İB-dən Press-az.com-a verilən məlumata görə, aparılan təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. "Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, - deyə məlumatda vurğulanıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz