0

Prezidentə Şok müraciyyət: Hökumət öz verdiyi qərara niyə əməl etmir?

Baxış: 1 483

Büccədən maliyyələşdirilən müəsisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlər tərəfindən Xeberman.com-a adiyyatı üzrə dövlət orqanlarına və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına  müraciyyət ediblər . Həmin müraciyyət edən qaçqınların böyük əksəriyyəti müəllimlərdi. Müraciyyəti olduğu kimi oxuyuculara təqdim edirik.

 

Bildiririk ki, biz işğal faktı ilə əlaqədar el-obamızı, əzizlərimizin gorgahını, uzun illər boyu çalışıb minbir əziyyətlə düzəltdiyimiz ev-eşiyimizi, iş yerimizi – hər şeyimizi itirərək öz vətənimizdə didərgin həyatı yaşayan insanlarıq.

Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddətinin uzadılması barədə hər il verdiyi qərarların hər birində  müvafiq nazirliklərə “tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsi” ayrıca maddə ilə tapşırılsa da, bu tapşırıq hər il kağız üzərində qalmış, bu istiqamətdə heç bir addım atılmamışdır.

Diqqətinizə çatdırırıq ki, məsələn, 1994-cü ildən sonra hər il minlərlə müəllim işlə təmin edidiyi halda, bunların arasında iş yerini itirmiş məcburi köçkün müəllimlərdən bir nəfər də olsun olmayıb: yəni, hökumətin müvafiq qərarlarının tələbi tabeliyində olan Təhsil Nazirliyi tərəfindən, birmənalı olaraq, yerinə yetirilməyib.

Əgər müvafiq nazirliklər Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbini yerinə yetirmiş olsaydı, ötən 23 ildə bizim hamımız işlə təmin edilmiş olardıq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddətinin ilbəil uzadılmasına da ehtiyac qalmazdı.

Hazırda bizim yeganə gəlir mənbəyimiz "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin tələbinə uyğun olaraq, 1994-cü ilin may ayından indiyədək bizə dövlət tərəfindən ödənilən dondurulmuş iş yeri üzrə orta aylıq əmək haqqıdır, heç bir yerdə işləmirik və pensiya yaşına da çatmamışıq.

Hər yeni ildə Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 saylı qərarının 2-ci bəndinin müddətinin uzadılmasına aid müvafiq qərarın verilməsi gecikdiyinə görə sosial durumumuz (qərarın verilməsi müddətinədək) daha da pisləşmiş olur, ən zəruri ehtiyaclarımıza görə borclarımız yaranır və indi də həmin durumdayıq.

Artıq 2017-ci ilin 5 ayı keçməsinə baxmayaraq, bu il də müvafiq qərar verilməyib. Axı biz də insanıq və bu ölkənin vətəndaşıyıq – biz də istəyirik ki, ən kasıb səviyyədə olsa da, yaşaya bilək. Hətta Nazirlər Kabinetində bizə verilən qeyri-rəsmi məlumata görə, bu ildən Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 saylı qərarının 2-ci bəndinin müddəti uzadılmayacaq və belə çıxır ki, dövlət bizi zəruri həyati ehtiyaclarımızı ödəmək üçün yeganə imkandan da məhrum edəcək.

Sual olunur:

  1. Dövlət səviyyəsində verilmiş qərarın tələblərini hökumətin müvafiq strukturları yerinə yetirmirsə, burada məcburi köçkün vətəndaşların nə günahı var və bu köçkünlərin yeganə sosial təminat imkanı əlindən niyə alınmalıdır? Bəs onda harada qaldı hökumətin sosial yönümlü dövlət siyasəti? Axı, təxminən, 2 il əvvəl Nazirlər Kabineti hüquqlarımızım məhdudlaşdırılması istiqamətində olsa da, belə bir qərar verdi ki, işğal faktı nəticəsində iş yerini itirmiş və işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əmək haqqı pensiya yaşına çatdıqda dayandırılsın: hökumət öz verdiyi qərara niyə əməl etmir? Belə olan halda, hökumətin vətəndaşdan öz vətəndaşlıq öhdəliyini yerinə yetirməsini tələb etməyi nə dərəcədə ədalətlidir?
  2. Bizə dondurulmuş iş yeri üzrə orta aylıq əmək haqqının təyin edilməsinə aid müvafiq qərarın verilməsi üçün göstərilən əsasların (işlədiyimiz müəssisələrin işğal altında qalması, iş yerimizi məcburi olaraq itirməyimiz və işlə təmin edilmiş olmamağımız, pensiya yaşına çatmamağımız və s) hansı biri aradan qaldırılıb ki, Nazirlər Kabineti dondurulmuş iş yerləri üzrə orta aylıq əmək haqqının dayandırılması qərarına gəlib?

Biz, – işğal faktı nəticəsində iş yerini itirmiş və işlə təmin edilməmiş, həmçinin pensiya yaşına çatmamış məcburi köçkünlər – hesab edirik ki, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq hüquqi aktlarda və Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış humanitar prinsiplərin tələblərinə görə özündən asılı olmayan səbəblərdən minimal yaşayış imkanlarını itirmiş vətəndaşlara onların minimal həyat şəraitinin yaradılması üçün dövlət yardım etməlidir.

Məhz bu prinsipdən çıxış edərək hesab edirik ki, minimal həyat şəraitimizin təmin edilməsinə dövlət yardımı olaraq;

  1. Dövlət iş qüvvəsinə malik olan, pensiya yaşına çatmamış, işğal faktı nəticəsində büdcədən maliyyələşən təşkilatlarda iş yerini itirmiş və işlə təmin edilməmiş məcburi köçkünləri ixtisasları üzrə işlə təmin etməlidir,
  2. İşlə təmin edilənədək müddətdə Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 saylı müvafiq qərarının 2-ci bəndinin müddətini uzatmalıdır ki, onların minimal sosial ehtiyacları təmin edilmiş olsun.

Ona görə də Sizdən xahiş edirik:

  1. Işğal faktı nəticəsində büdcədən maliyyələşən təşkilatlarda iş yerini itirmiş və işlə təmin edilməmiş məcburi köçkünlərin ixtisas və ya peşələri üzrə işlə təmin edilməsinə yardım edəsiniz.
  2. İşlə təmin edilənədək Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 saylı qərarının 2-ci bəndinin müddətinin 2017-ci il üçün uzadılması barədə qərarın tezliklə verilməsini təmin edəsiniz.

Əks ünvan: Vəliyev Akif Əyyub oğlu.  8-ci mikrorayon, Mədəni-Maarif Kollecinin yataqxanası, otaq 19. Mobil tel: 055 867 07 68

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz