0

Hüseyn Əzizoğlu bir gecədə 5000 izləyici itirməsindən danışdı

Baxış: 4 644
Azərbaycanlı "viner" Hüseyn Əzizoğlunun Instagram hesabında izləyiciləri azalıb. Son günlər qalmaqallı paylaşımları ilə gündəmi zəbt edən videobloger səhifəsində izləyicilərin 5000 azalmasına münasibət bildirib.

BAKU.WS-ə danışan Hüseyn səhifəsini tərk edən izləyicilərinin onu tənqid edənlər olduğunu söylləyib. Bloger haqqında qara piar aparanlara və onu hətta təhqir edənlərə sərt cavab verib:

"Mən "viner"am amma mənim şəxsi həyatıma müdaxilə edirlər. Həmin o gedən izləyicilər olmasalar daha yaxşıdır. Mən bir şeyi başa düşə bilmirəm ki, küçədə hamı mənə dəstək verir. Bu səhifədə tənqid edənlər, təhqir yazanlar kimlədi? O şəxslər sadəcə aranı qızışdırır. Mənə qarşı qara kampaniya edənlər bəzi böyük səhifələrdi. Bir neçə ay əvvəl yalvarırdılar ki, səhifəmizi reklam elə. İndi məndən acıqlı qalıblar və bu üsullara əl atırlar".

Bloger Facebook-dakı şəxsi profilini bağlamasından da danışıb. O bildirib ki, keçmişdə olan yazışmaları ortaya çıxararaq məni "vur"mağa çalışırlar:

"Mənim o zaman 14 yaşım var idi. Yeiyetmə bir oğlanı həmin yaşda aldatmaq çox asan idi. Ancaq bu gün hər şeyi daha yaxşı dərk edirəm. Başa düşürəm ki, o zaman səhv etmişəm. Həmin profilimi bağladım və bir daha açmayacam".
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz