0

“Məni ölümünə döydülər, videosu da var...” – Əməkdar jurnalist

Baxış: 178
"Əli Kərimlini ölümünə dəstəkləyən biri olmuşam. 2003-cü ildə bəyanat verib, İsa Qəmbəri dəstəkləmişəm. 16 oktyabrda meydanda ölümünə döyülənlərdən biri də mən olmuşam”.
 
Press-az.com xəbər verir ki, bu sözləri əməkdar jurnalist,  İctimai Teleradionun Yayım Şurasının üzvü Azər Həsrət "Yeni Musavat”a verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, döyüldüyü anın videosu da var: "Bunun da videosunu çəkib, evdə saxlayıram. Belim, bədənim zolaq-zolaq idi”. Jurnalist deyib ki, onu 10-a yaxın polis əməkdaşı döyüb: "Məni 10-a qədər polis nəfəri döydü. Professor Adil Qeybullanın gözünün qabağında olub, ondan soruşa bilərsiz. Azadlıq Meydanının arxa tərəfi ilə gedirdim. Mitinq bitmişdi. Özü də qaçmırdım, asta-asta gedirdim. 10 polis dəyənəkləri ilə birdən qabağıma çıxdı...”
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz