0

ÇL: “Bavariya” və “Real” yarımfinalda

Baxış: 225

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Press-az.com xəbər verir ki,  Santiyaqo Bernabeu stadionunda İspaniyanın “Real Madrid” klubu  İtaliyanın “Yuventus” komandasını qəbul edib. Matçda erkən qol vurulub.

Oyunun artıq ikinci dəqiqəsində Mandjukiç "Qoca sinyora"nı önə çıxarıb.

1-ci hissənin sonlarına az qalmış Lixştaynerin ötürməsindən sonra Mandjukiç ikinci dəfə seçilib.61-ci dəqiqədə qapıçının səhvindən istifadən edən Matuidi  üçüncü topu "Real"ın qapısından keçirib.

İkinci hissənin əlavə olunmuş vaxtında, hakim “Yuventus”un qapısına 11-metrlik cərimə zəribəsi təyin edib. Hakimlə mübahisə edən qapıçı Buffon qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Meydana çıxan ehtiyat qapıçı Voysex Şensnıy Ronaldonun  sərrast zərbəsinin qarşısı almaqda aciz olub. Ümumi nəticəyə görə, “Real Madrid” yarım finala vəsiqə qazanıb. 

İlk oyunda Kral klubu “Qoca sinyora”nı 3-0 hesabı ilə darmadağın etmişdi.

“Alyans arena” paralel keçirilən oyunda isə “Bavariya”  İspaniyanın “Sevilya” klubu ilə üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Xatırladaq ki, əvvəlki oyun 2:1 Bavariyanın xeyrinə yekunlaşmışdı.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz