0

Ronaldo qətliama səssiz qalmadı

Baxış: 1 945

Portuqaliya yığmasının və Madrid “Real”ının ulduz futbolçusu Kristiano Ronaldo Suriyadakı qətliama münasibət bildirib.

Yenicag.az xəbər verir ki, o, Şərqi Qutada günahsız insanların və uşaqların Suriya rejimi və Rusiya qırıcı təyyarələri tərəfindən bombalanmasına səssiz qalmayıb.

Ronaldo “Twitter” hesabından paylaşdığı videoyla izləyicilərinə çağırış edib: “Suriyadakı uşaqlara 7 kəlmə ilə ümid göndərin, uşaqları xilas edin”.

Onun paylaşdığı videoda isə bunlar vurğulanıb: “Suriyalı uşaqlar 7 ildir bombalanır, qorxur, acı çəkir, savaşır, travma alır, qurğuna tutulur. Suriyadakı uşaqlara 7 kəlmə ilə ümid göndərin, uşaqları xilas edin”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz