0

“Sumqayıt”ın yeni prezidenti bəlli oldu

Baxış: 755
"Sumqayıt” Futbol Klubunun yeni prezidenti bəlli olub.
Klubun yeni rəhbərinin adına Müşahidə Şurasının növbəti iclasında aydınlıq gəlib.
İclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu "Sumqayıt”ın prezident seçilməsi üçün təsisçilərə təqdim edilib. O, sonuncuların qərarı ilə prezidenti təyin olunub.
Qeyd edək ki, Rəfiyev bunadək AFFA-da çalışırdı.(Sfera.az) 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz