0

Şagirdinə qarşı əxlaqsız hərəkət edən müəllim məhkəməyə müraciət etdi

Baxış: 98

Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Alxasov məhkəmə qərarından kassasiya şikayəti verib. 

Oxu.Az xəbər verir ki, G.Alxasovun barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə kassasiya şikayəti göndərilib. 

Şikayətə hakim Gülzar Rzayevanın sədrliyi ilə fevralın 5-də baxılacaq. 

İttihama görə, 1996-cı ildən Gülfərz Alxasov Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib.

O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Sayalı Məmmədovaya (ad-soyad şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.

Gülfərz Alxasov məktəbin direktoru vəzifəsində işləyərkən cinsi ehtirasını təmin etmək məqsədilə azyaşlı şagirdi Sayalı Məmmədovaya seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.

Bu məqsədlə 20 sentyabr 2017-ci il tarixdə Sayalı Məmmədovanı xidməti otağına çağıran direktor azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra bu barədə heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonrakı günlərdə Sayalı Məmmədovanı xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.

Gülfərz Alxasovun bu hərəkətləri həmin ilin oktyabrın 30-dək davam edib. O, hər dəfə azyaşlı qızı xidməti otağına çağırıb.

Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

Gülfərz Alxasovun barəsində toplanan cinayət işinə Xaçmaz rayon Məhkəməsində baxılıb. Hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə baş tutan qapalı iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Gülfərz Alxasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz