0

Milli komandamızın futbolçusu özünü güllələdi

Baxış: 2 701

Şəkidə 17 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.

Press-az.com ARB-yə istinadən bildirir ki, hadisə rayonun Şorsu kəndində qeydə alınıb. Yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranan kənd sakini 2001-ci il təvəllüdlü Əzizova Firəngiz Qalib qızı özünə atəş açıb.

 


Döş qəfəsi nahiyəsindən güllə yarası alan Əzizova Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Firəngiz Əzizova Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdır. O, mütəmmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz