0

Keçmiş bələdiyyə sədri cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi

Baxış: 607
Salyan rayonunun Kürqaraqaşlı bələdiyyəsinin həbsdə olan keçmiş sədri Rövşən Hüseynov 2 saylı cəza evində ağır xəstəlikdən dünyasını dəyişib.
Virtualaz.org saytının məlumatına görə, 49 yaşlı Rövşən Hüseynov 2015-ci  ildə məhkəmənin hökmü ilə  8,5 il  müddətinə azadlıqdan məhrum edilmişdi. O, ağır şəkər xəstəsi olduğundan böyrək çatışmazlığından əziyyət çəkirdi.
Mərhum bu gün yaşadığı Kürqaraqaşlı kəndində torpağa tapşırılıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz