0

DTX-nın həbs etdiyi gömrük əməkdaşı və digərlərinə hökm oxundu

Baxış: 409

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycandan Türkiyəyə 130 min manat dəyərində qızıl-zinət əşyaları və 190 min dollar pulu qaçaqmalçılıq yolu ilə aparmaqda təqsirləndirilən dəstə üzvləri - İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibov və Kamran Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Press-az.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü Kamran Əhmədov 5 il 6 ay, Rəşad Nəsirov, İlqar Əbilov və Elvin Yusubovun isə hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibovun hər birini 6 il 6 ay və Kamran Əhmədovun isə 7 il müddətinə azadlıqdan məhrum edlməsini istəmişdi.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin yaydığı məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190 min ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Daha sonra onların barələrində həbs qətimkan tədbiri seçilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz