0

Polis rəisi güllələndi

Baxış: 1 624

Çeçenistanda polis rəisi güllələnib.

Press-az.com xəbər verir ki, hadisə Şalinski rayonunun Avturı kəndində qeydə alınıb. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib:

“Cinayətkar onu ərzaq dükanından çıxarkən arxadan vurub. Polis məmuru aldığı güllə yaralarından hadisə yerindəcə ölüb”.

Cinayəti törədən şəxsin əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış 27 yaşlı Hamzat Baymuradov olduğu güman edilir. O, polis məmurunu idarə etdiyi “Toyota Camry” avtomobili ilə izləyib. Həmin avtomobil kəndin kənarında tapılıb.

Hazırda Baymuradovun ələ keçirilməsi üçün əməliyyatlar davam edir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz