0

Bəy gəlini öldürdü - Toy günü

Baxış: 673
 

Türkiyənin Bursa şəhərində dəhşətli qətl hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Güllü Yurtoğlu bir həftə əvvəl rəsmi nikaha girdiyi 23 yaşlı əri Metehan Yurtoğlu tərəfindən toy günü bıçaqlanaraq öldürülüb. Arvadına 8 bıçaq zərbəsi vuran ər, qadını öldürdükdən sonra hadisə yerindən qaçsa da, sonradan polis tərəfindən saxlanılıb. Hələlik cinayətin səbəbi açıqlanmır.

Qeyd edək ki, Metehan 4 ay əvvəl sevgilisinə elçi göndərsə də, qızın ailəsi onların evlənməsinə razı olmayıb. Nəticədə cütlük anlaşaraq birlikdə qaçıblar. Bundan başqa Metehan Yurtoğlunun narkotik aludəçisi olduğu da bildirilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz