0

Bakıda məşhur bazarın keçmiş SAHİBİ İNTİHAR ETDİ

Baxış: 566

Bakıda intihar hadisəsi baş verib.

Press-az.com bildirir ki, Suraxanı rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz