0

Elşad Xose nə vaxt sərbəst buraxılacaq? - Polisdən açıqlama

Baxış: 562

Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Elşad Əliyev (Xose) hazırda Binəqədi rayon Polis İdarəsindədir. 

Press-az.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən qafqazinfo-ya Elşad Xosenin hazırda idarədə saxlandığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir.

Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayətçi olmasıdır.

Maraqlıdır ki, O. Rəsulova məlumatdan xəbərsiz olduğunu və belə bir hadisənin baş vermədiyini deyib. 

Reperlə əlaqə yaratmaq mümkün olmayıb, onun telefonuna zəng çatmayıb. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz