0

TBİLİSİDƏ HZ. İMAM MEHDİ (Ə) BAĞLI "XİLASKARIN İNTİZARI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

Baxış: 258

 

Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin və “Alulbeyt” Dini Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tbilisidə "Xilaskarın intizarı - İslam məzhəblərində" mövzusunda elmi konfrans keçirilib.

TBİLİSİDƏ HZ. İMAM MEHDİ (Ə) BAĞLI "XİLASKARIN İNTİZARI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

 

Din, elm və ictimaiyyət xadimlərinin qatıldığı konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi və İran və Azərbaycandan dəvət olunan alim, şair və məddahlar iştirak etdi.
Konfransın aparıcısı Kərbəlayi Pərviz Abdullayev konfransın məram və məqsədini söylədikdən sonra Qurani-Kərimin tilavəti üçün sözü Vidadi Qurbanova verdi. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov İmamət məqamının hər zaman üçün olduğunu və zəruriliyini bir neçə ayə və hədislərə əsasən açıqladı. Sonra Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev əhli-sünnə mənbələrinə əsasən müəyyən fərqli nəzəriyyələr olsa da Hz. Mehdi (ə) inancının haqq olduğu və xilaskarın intizarında olmanın əhəmiyyətindən danışdı.

TBİLİSİDƏ HZ. İMAM MEHDİ (Ə) BAĞLI "XİLASKARIN İNTİZARI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

 

Daha sonra ölkəmizdə qonaq olan Hz. Mehdi (ə) adına Araşdırma Mərkəzinin sədri Pur Seyyid Ağayi və Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi Seyyid Əli Əkbər Ocaq Necat gözəl bəyanı ilə aləmin və zamananın imamı və vəd olunmuş xilaskar Hz. İmam Mehdinin (ə) zühurunun fəlsəfəsi, intizarın sirr və əhəmiyyəti və İlahi əmrin hər iki məzhəb mənbələrində qeyd olunması haqda geniş söhbət etdilər. Onlar qeyd etdilər ki, son xilaskarın Peyğəmbərimizin (s) Əhli-beytindən, pak nəslindən olması və Qiyamətdən öncə zühur edərək zülmlə dolmuş dünyaya ədalət, sülh və xöşbəxtlik bəxş edəcəyi məsələsində bütün İslam alimləri və məzhəbləri yekdilliklə həmfikirdilər. Sonra Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Əli Əliyev təbriklərini və konfransla bağlı fikirlərini çatdırdı.

TBİLİSİDƏ HZ. İMAM MEHDİ (Ə) BAĞLI "XİLASKARIN İNTİZARI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

 

İki saat sürən konfrans, tanınmış Əhlibeyt şairi Ustad Qəffarinin İmam Zaman (ə) haqda öz şeirlərini oxumasından sonra İmam Zaman (ə) duası ilə sona çatdı.

TBİLİSİDƏ HZ. İMAM MEHDİ (Ə) BAĞLI "XİLASKARIN İNTİZARI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

 

TBİLİSİDƏ HZ. İMAM MEHDİ (Ə) BAĞLI "XİLASKARIN İNTİZARI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

 

TBİLİSİDƏ HZ. İMAM MEHDİ (Ə) BAĞLI "XİLASKARIN İNTİZARI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

 

TBİLİSİDƏ HZ. İMAM MEHDİ (Ə) BAĞLI "XİLASKARIN İNTİZARI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

 

TBİLİSİDƏ HZ. İMAM MEHDİ (Ə) BAĞLI "XİLASKARIN İNTİZARI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

 

TBİLİSİDƏ HZ. İMAM MEHDİ (Ə) BAĞLI "XİLASKARIN İNTİZARI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz