0

İlahiyyat üzrə fəlsəfə doktoru Qurandakı surəni və ayəni inkar etdi - AÇIQLAMA

Baxış: 842
İslam dininin yayıldığı coğrafiyada demək olar ki, İrandan başqa heç bir dövlət şəriət qanunları ilə idarə edilmir. İŞİD terror qruplaşması da şəriət qanunları ilə hərəkət edir. Amma gördüyümüz kimi zəmanəyə uyğun olaraq normal dövlətlər şəriət qanunları ilə yox, hüquqi konstitusiya ilə idarə edilir. Əgər ki şəriət qanunlarına üz tutası olsaq yəqin ki, ölüm – itim halı çox olar.

Bunlardan biri də Quranda bəhs edilən, maidə surəsi 38-ci ayədə yazılan “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” sözləridir.

Bu surəyə əməl etmək nə dərəcədə düzgün olardı, əməl etməmək Quranın iktidarının zəifləməsidirmi? suallarını cavblandırmaq üçün mövzu ilə əlaqədar olaraq BAKU.WS saytı İlahiyyat üzrə fəlsəfə doktoru, Dinşünaslıq ixtisası üzrə Dosent Əkrəm Həsənovla əlaqə saxlayıb.

“Hal hazırda heç bir islam ölkəsində oğurluq üstündə heç kimin əli kəsilmir”- bu sözləri söhbət əsnasında Əkrəm Həsənov bildirib.

O açıqlaması zamanı qeyd edib ki: “Bu bir az problemli məsələdi. Hal hazırda heç bir islam ölkəsində oğurluq üstündə heç kimin əli kəsilmir. Heç bir ölkədə belə bir qanun qayda yoxdur. Keçmişdə baş verən həmin hallar artıq heç bir islam ölkəsində baş vermir.

Bu mövzunun qabardılmasının düzgün olmadığını deyən ilahiyyatçı sözlərinə belə davam edib: “Hər islam ölkəsinin öz hüquq sistemi var. Ona uyğun cəza tədbirləri həyata keçirilir. Cinayət işi açılır və hər kəs öz cəzasını alır. Əl kəsməyə qaldıqda isə belə bir hal yoxdu”.

Əminliklə belə bir halın heç bir yerdə olmadığını deyən ilahiyyatçı, bu halın mümkün olmadığını bildirib.

Bu halın Quranın iktidarının zəifləməyinə təsir etmədiyini, necə nazil olubsa elə də davam etdiyini deyib.

Hətta ilahiyyatçı Əkrəm Həsənov Quranda belə bir surənin və ya ayənin olmadığını deyib. Niyə digər ayələrin yox, bu surənin üstündə durduğumuzu deyən ilahiyyatçı, həmin surənin lazımsız olduğunu açıqlayıb.

Quranda belə bir surənin olmadığını deyən ilahiyyatçı bildirib ki, insanların əllərini kəsmək düzgün hal deyil. O sonradan qeyd edib ki: “Gedib 
Məkkədə əlləri kəsilmiş nə qədər insan görmək olar. Hansı ki, onların hamısı dilənir. Bunun cəmiyyətə heç bir xeyri yoxdu”.

Nihat HÜSEYNZADƏ
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz