0

Gürcüstanda "Ailə institutu və dini dəyərlər” adlı konfrans keçirilib - FOTO

Baxış: 321
Press-az.com-un verdiyi məlumata görə,Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyində "Ailə institutu və dini dəyərlər” mövzusunda konfrans təşkil olundu. Müsəlman Qadınlar İcması və Həzrət Zeynəb (s.ə) adına cəmiyyətin təşkilatçılığı ilə keçirilən konfransda  rayonun müxtəlif yerlərindən xanımlar iştirak etdi.Qurani-Kərimin tilavətindən sonra konfransı giriş sözü ilə açan Rəhimə Qurbanova öncə bu günə təsadüf edən Hz. Zeynəbin (s.ə) vəfatı ilə bağlı başsağlığı verib bu mövzuda keçirilən silsilə konfransların əhəmiyyətindən danışdı. Sonra Xanım Zeynəbin (s.ə) həyatından bəhs edən qısa video çarx nümayiş olundu. Konfrans açıq elan olunduqdan sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İİR-nın Təbriz şəhərindəki Tibb Üniversitetinin mədəniyyət və ailə məsələləri üzrə eksperti xanım Zəhra Kuhi , İcmanın üzvləri olan din müəllimələri Rəna Elçiyeva və Aişən Ziyadəliyeva çıxış etdilər. Çıxış edənlər Ailə institununun formalaşmasında və qorunub saxlanılmasında dini dəyərlərin rolu, Ailə problemləri, ailədaxili ziddiyyətlərin səbəbi, xöşbəxt ailənin sirləri və valideyn övlad münasibətləri haqda ətraflı danışdılar.









 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz