0

İmam Hüseyn (ə) əzadarlığının insan üçün bərəkətləri nədir?

Baxış: 171
Ümumilikdə yas saxlamaq özü-özlüyündə heç bir dəyərə malik deyildir, əslində bu, yas saxlanılan insandan asılı olaraq, dəyər əldə edər.

İnsan ona çatan qəmə görə əza saxlayar və böyük müsibətinə görə əzadarlıq edər. Bəs niyə uzun əsrlər boyu İmam Hüseyn (ə) əzası sönmək bilmir?

Bu sualın cavabını Həzrət Peyğəmbər (s) bizə belə izah etmişdir: “Hüseynin (ə) şəhadəti üçün möminlərin qəlbində hərarət və istilik vardır ki, heç bir zaman soyumaz və sönməz”. (Tebyan)

Bəs bu əzanın saxlamağın bərəkəti nədir?

1. Həyat suyudur. Bu əzaların ən böyük faydası odur ki, İmam Hüseynin (ə) nurani yolunu və hədəfini diri saxlayaq. Möminlərin bu əmələ xüsusi şövqləri vardır ki, Qiyamətə qədər sönməyəcəkdir. Çünki Peyğəmbər (s) buyurur: “Hüseyn məndəndir və mən də Hüseyndənəm”. Bu əza məclisləri İslamın həyat ağacını sulayar və zühura qədər möminlərin qəlbindəki bu atəş azalmaz.

2. İmam Hüseynin (ə) qətlindən əvvəl belə, o Həzrət (ə) üçün əza saxlanmışdır. Əgər hədislərə nəzər salsaq, görərik ki, Həzrət Adəmin (ə) zamanından tutmuş Həzrət Peyğəmbərin (s) zamanına qədər olan bütün peyğəmbərlər (ə) Həzrət İmam Hüseyn (ə) üçün əza saxlayıb ağlamışdılar. Hətta Peyğəmbər (s) belə, bu əza üçün göz yaşı tökmüşdür.

3. Həzrət Peyğəmbər (s) başqa şəhidlər üçün də göz yaşı tökmüşdür. O zaman ki, əmisi Həmzə şəhid olur, Həzrət (s) ağlayır və onu Seyyidi-şühəda adlandırır. Təbəri nəql edir: “Peyğəmbər (s) ənsardan olan ailənin evinin kənarından keçəndə, şəhidləri üçün göz yaşı töküldüyünü eşidir. Həzrətin (s) gözləri yaşla dolur və buyurur: “Əmim Həmzəyə ağlayan yoxdur””.



O zaman ki, İmam Hüseyn (ə) dünyaya gəlir, Peyğəmbər (s) göz yaşlarına bürünür və İmam (ə) üçün tökülən bu göz yaşları sonrakı illərdə də davam edir.

İmam Hüseyn (ə) müsibəti elə bir müsibətdir ki, ona göz yaşı tökməmək olmur və əza saxlamamaq olmur. İnsan ancaq bu yolla qəlbində intiqam atəşini söndürə bilir və özünü İmamın (ə) aşiqlərindən hesab edə bilir.



Əza məclislərində iştirak edərək, İmamın (ə) şüarına “Ləbbeyk!” deyir və onun hədəfini davam etdirir.

İmam Rza (ə) Şəbibin oğluna buyurur: “Ey Şəbibin oğlu! Əgər Hüseynə (ə) o qədər ağlasan ki, göz yaşların üzünə axar, Allah düçar olduğun bütün günahlarını bağışlayar. İstər kiçik olsun, istər böyük. İstər az olsun, istərsə də çox”.

Bir neçə kəlmə də İmam Hüseynin (ə) ziyarəti barədə.

İmam Sadiq (ə) buyurur: “Bizim davamçılarımızdan hər kim İmam Hüseyni (ə) ziyarət edər, ziyarətdən qayıtmaz, məgər o halda ki, bütün günahları bağışlanar. Atdığı hər addıma görə və atı hərəkət etdirmək üçün hər dəfə əlinin qalxmasına görə min həsənə yazılar, min günahı məhv olar və min dərəcə yuxarı qalxar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Həsən (ə) vasitəsilə ehsan olarsınız. Hüseyn (ə) vasitəsilə xoşbəxt olarsınız, onsuz isə bədbəxt”.

İmam Hüseyn (ə) buyurur: “Allahın öhdəsindədir, elə bir giriftarı olan yoxdur ki, mənim ziyarətimə gəlsin, məgər o halda ki, onu şad halda geri qaytaram və ailəsinə çatdıraram”.

İmam Sadiq (ə) tərəfdaşlarından birinə buyurur: “İmam Hüseyni (ə) ziyarət etməyi tərk etmə və dostlarına da onu tövsiyə et. Belə olan halda Allah ömrünü uzun və ruzini çox edər. Həyatın səadətli olar. Səadətlililər kimi ölərsən və adın səadətlilərin sırasında qeyd olunar”.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz