0

"Maarifçiliyə Dəvət” İB Şimalda xanım Rüqəyyanın şəhadət gününü qeyd edib - Foto - Video

Baxış: 160
 

Press-az.com xəbər verir ki, bu gün imam Hüseyn (ə) – nin  azyaşlı qızı xanım Rüqəyyənin şəhadət günüdür.  Bununla bağlı ölkənin müxtəlif bölgələrində əzadarlıq məclisləri keçirilir. Həmin məclislərdən biri də,  “Maarifçiliyə dəvət”  İctimai Birliyin şimal rayonları  üzrə nümayəndələri  tərəfindən təşkil edilib.  Təşkilatçıların sözlərinə görə,  əzadarlıq məclisində birliyin üzvləri ilə birgə xeyli sayda dindar iştirak edib.

Əzadarlara Kərbəla müsibətindən, imam Hüseyn və onun tərəfdarlarının qanları bahasına sahibləndikləri zirvədən bəhs edilib.  Eyni zamanda xanım Rüqəyyənin qısa lakin şərafətli ömründən danışılıb.

Sonda birliyin sədri Elçin Manafovun təşəbbüsü ilə ehsan süfrəsi açılıb.




MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz