Главная > İslam Dünyası / Islam > İmam Hüseyn (ə) məktəbində öz yerini bilmək

İmam Hüseyn (ə) məktəbində öz yerini bilmək


30-09-2017, 02:05.
 
Öz yerini və mövqeyini bilmək, iş, həyat, zaman və məkan şəraitinin bütün cəhətlərinə diqqət yetirmək insan əqlinin parlaqlığından və dünyagörüşünün kamilliyindəndir. Elə adamlar var ki, "əlif” deməmiş "yey” hərfinə qədər sayırlar. Lakin bəzən elə adamlar da tapılır ki, əgər gecəni səhərə qədər onlar üçün "Yusif və Züleyxa” dastanını danışsalar, axırda soruşacaqlar ki, Züleyxa kişi idi, ya qadın?
İmam Hüseyn (ə) məktəbində öz yerini bilmək
Böyük elmi şəxsiyyət və mərcəyi-təqlidlərdən birinin görüşünə getmişdik. Görüşə gedənlər arasında bir kəs də vardı ki, özü fəzilət, elm, kəmal və tam mərcəiyyət sahibi idi. Birdən xidmətçilərdən biri otaqdan çölə çıxdı və elan etdi ki, ağa naxoşdur, görüş və ziyarət mümkün deyildir. Uzaqdan gəlmiş həmin böyük alim dərhal ayağa durdu və xidmətçiyə dedi: "Ağaya salam deyin, inşallah, başqa vaxt gələrik. Ağanın sağlamlığı daha mühümdür.”

Hamının yaxşı tanıdığı bu adamın əxlaqı bizi ciddi surətdə təəccübləndirdi. Çünki, əgər desəydi ki, mən kiməm və hardan gəlmişəm, heç vaxt razı olmazdılar ki, o mərcəyi-təqlidi ziyarət etmədən geri dönsün. Amma o heç nə demədi və xidmətçi də onu tanımadı.
İmam Hüseyn (ə) məktəbində öz yerini bilmək
Lakin bu böyük şəxsin vəzifəsini başqaları yerinə yetirdilər, iki ayaqlarını bir başmağa dirəyib dedilər ki, biz ağanı ziyarət etməyincə və onun mübarək əlini öpməyincə, buradan çölə çıxmayacağıq.

Yəqin o alimin, yanına gəldiyi adama məhəbbəti çox böyük idi ki, belə edirdi. Amma onun səlamətliyinə və sağlamlığına diqqət də kamal və mərifət nişanəsi idi. Nəhayət, öz məqsədlərinə çatıb görüşdülər də. Ancaq bu, o qocaya nəyin bahasına başa gəldi, bunu onu müalicə edən həkimdən soruşmaq lazımdır.
İmam Hüseyn (ə) məktəbində öz yerini bilmək
Doğrudan da, nə böyük bir nemətdir ki, bir müsəlman şəxs özünün dini rəhbərlərinin dəyərli təlimlərindən hər işdə və hər addımda, zaman və məkan şəraitində başqalarının mənafeyni, uğurunu nəzərdə tutsun, ziyarətlərdə, dəvətlərdə, görüşlərdə, söhbətlərdə və zarafatlarda həm uğurlarını başa düşsün, həm də zaman və məkan şəraitini nəzərdən qaçırmasın, hətta dostunun və özünün xatirinə əxlaqi və insani qaydaları ayaq altına salmasın.

Gecələrin birində bir şəxsin qonaqlığında idim və islami meyarlarla məclisin aşağısını-yuxarısını nəzərdən keçirirdim. Dəvət olunanların rəftarını, ev sahibinin hərəkətini, yemək-içmək ədəbini, xülasə, hər şeyi islam meyarları ilə yoxlamaq istəyirdim. Birdən bir mənzərə gördüm ki, məramımı pozdu, fikrimi dəyişdirdi və elə bir səhnə yarandı ki, ona dözmək mənə, ev sahibinə və qonaqlara çətin idi.
İmam Hüseyn (ə) məktəbində öz yerini bilmək
Dəvət olunanlardan biri qapıdan içəri girdi və səndəlinin üstündə əyləşdi; ancaq özü ilə gətirdiyi bir neçə uşağa yer olmadı. Uşaqlar siçan kimi bu bucaqdan o bucağa sıçrayır və ya dovşan kimi atılıb düşür, bəzən də yaşlarına uyğun olaraq, ədəbsizcəsinə burdan ora yüyürürdülər. Ev sahibi heç nə demirdi və qonaqların da üzündə xəcalət tərindən başqa bir şey müşahidə olunmurdu. Məclis şəhidlərin sərvərinin şərəfinə təşkil edilmişdi. Dəvətnamə də bir nəfərin–atanın adına idi, oğlanların yox!

Bu zaman şəhidlərin sərvərinin əxlaqi məktəbindən bir nümunə yadıma düşdü. Necə gözəl və layiqli olardı ki, azad insanların sərvərini və cəsurların rəhbərini, onun insani, əxlaqi, qurucu təlimatları yönündən də tanıyaydıq, sözlərindən, şəhadətə səsləyən sözlər kimi həyatımızda istifadə edəydik və ya bu fikirləri öyrənmək şərəfinə də məclislər təşkil edəydik.
İmam Hüseyn (ə) məktəbində öz yerini bilmək
Hər halda Hüseyn (əleyhissalam) öz əziz babasından belə rəvayət etmişdir:

"Əgər sizi bir qonaqlığa dəvət ediblərsə, övladlarınızı özünüzlə ora aparmayın. Əgər kimsə belə bir iş tutarsa, haram yemiş və o məclisə günahkar daxil olmuş olur.”(Əşəsiyyat”, səh.165)

Вернуться назад