0

GÜRCÜSTANDA HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ MƏRASİMLƏR KEÇİRİLMƏYƏ BAŞLADI

Baxış: 454
Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlər keçirilməsi nəzərdə tutulub.
Bu gün ilk tədbir Marneuli rayonunun Alget kəndində yerləşən “Mahmudoğlu” şadlıq sarayında BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə mərasim şəkilində keçirildi.
Press-az.com-un verdiyi məlumata görə, xanımların iştirak etdiyi mərasimdə Qurani-Kərimin tilavətindən sonra Hz. Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından söhbətlər edildi. Çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və din müəllimələri Cənnət xanımı “Hz. Zəhranən (s.ə) simasında İslamda ailə mədəniyyəti” və “nümunəvi qadın” mövzularında ətraflı məlumatlar verdilər.
Bayram süfrəsi ətrafında təşkil olunan mərasimdə məddah Səid Həsən ilahilər oxudu və şeirlər söylədi. Sonda xanımlar arasında yarış təşkil olunub, qaliblərinə və Fatimə və Zəhra adlarını daşıyıcılarına hədiyyələr təqdim olundu. Mərasim dua oxumaqla sona çatdı. Qonaqlara jurnal, təqvim və posterlər paylandı.
Gürcüstan Müsəlmanları İdarəsi Xanım Zəhranın (s.ə) əziz xatirəsini yad etmək məqsədilə keçirilən mərasimlərə zəhməti keçən hər kəsə və şadlıq sarayının sahibinə dərin minnətdarlığını bildirir, mehriban Allahdan mükafat diləyir.









 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz