0

İmam Hüseyn (ə) şəhadətinin 7-ci günü ilə əlaqədar olaraq "Eşqə doğru" adlı tədbir keçirilib

Baxış: 290
İmam Hüseyn (ə) şəhadətinin 7-ci  günü ilə əlaqədar olaraq Şəhriyar Mədəniyyət mərkəzində   "Eşqə doğru" adlı tədbir keçirilib.  Press-az.com-un  verdiyi məlumata görə, tədbirin açılışını ilahiyyatçı, Quran qarisi Hacı Rahib Quran tilavəti ilə açıb. Tədbirin aparıçısı "YUĞ" dövlət tiyatırının aktiyoru Qasım Nağı olub. 
Tədbirdə İran Səfirliyinin Mədəniyyət Mərkəzinin sədiri Əsğər Farsi tədbir iştirakçılarını salamlayıb.Aşuranın əhəmiyyətindən danışıb. Tədbirdə İran İslam Respublikasında təşkil olunan şairlər arasında müsabiqədə yer tutan Seyid Rəhim Baxşıyevin mukafatını Ayətullah Xamneyinin Azəbraycan nümayəndəliyinin rəhbəri Seyyid Əli Əkbər Ocağ Nejat təqdim etdi. 
Tədbirdə Seyyid Əli Əkbər Ocağ Nejat Kərbəla hadisəsinin mahiyyətindən, Aşura günü baş verən hadisələrdən, İmam Hüseynin (ə) təməlini qoyduğu şəhidlik məktəbindən söz açıb 

Tədbirdə , tanınmış şairlər ,Seyid Rəhim Baxşıyev,Elşən Xəzər və  məddahlardan Badu Kubə qurupu , Novruz Muntəzir İmam Hüseyn(ə) aid ilahilər oxudular.Tədbir Fərəc duasının oxunması ilə yekunlaşıb.




 








 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz