0

Ronaldo “Böyük Qüds mitinqi”nə dəvət edildi

Baxış: 763

Türkiyədə Səadət Partiyasının sədri Temel Karamollaoğlu məşhur futbolçu Kriştiano Ronaldonu 30 iyulda İstanbulda keçiriləcək Qüdsə dəstək aksiyasına dəvət edib.

Press-az.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya sədri futbolçuya dəvət məktubu göndərdiyini bildirib.

O, Ronaldonun mitinqə qatılacağı təqdirdə başda fələstinlilər olmaqla bütün məzlumların ümidi ola bilər.

T.Karamollaoğlu İsrailin Qüdsdə törətdiyi cinayətlərə səssiz qalmayacaqlarını söyləyib.

Qeyd edək ki, K.Ronaldo daha öncə Fələstinə dəstək olaraq yardım kampaniyasında iştirak edib. Bundan başqa, 2014-cü il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İsrail - Portuqaliya matçından sonra israilli futbolçu formasını çıxarıb Ronaldoya uzadıb, əvəzində isə onun formasını istəyib. Lakin Ronaldo İsrail bayrağı olan formanı geyinməyi qəbul etməyərək, rəqib futbolçunun təklifini qəbul etməyib.

Ronaldo geyinmə otağında niyə israilli futbolçu ilə forma dəyişdirmədiyini soruşduqlarında isə “Mən qatillərlə forma dəyişdirmirəm” deyə cavab vermişdi.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz