0

Növbəti bahalaşma TƏHLÜKƏSİ: Addım-addım yaxınlaşır

Baxış: 1 363

Natiq Cəfərli: “Rubla paralel olaraq manatın dəyərdən düşməsi sürətlənərsə, bahalaşma müşahidə oluna bilər”

Rusiyada ABŞ dollarının nağd satış qiyməti 58 rublu keçib. Buna səbəb dünya bazarında "Brent" markalı neftin qiymətinin 50 dollar/bareldən aşağı düşməsidir. Bununla yanaşı Rusiya hökumətinin və Mərkəzi Bankın son bəyanatlarında rublun həddindən artıq ucuzlaşmasına qarşı olmaları ilə bağlı açıqlamalar dolların bahalaşmasına təsir edib. Qeyd edək ki, Rusiyada dolların məzənnəsi sonuncu dəfə bu il martın 22-də 58 rublu üstələyib. Analitiklər hesab edir ki, yaxın günlərdə RUB/USD nisbəti 60-a qədər arta bilər. Lakin neftin tədricən bahalaşması ilə qiymətin yenidən 55-56 rubl səviyyəsinə düşməsi mümkündür.

Dolların məzənnəsinin dəyişməsinin Azərbaycanın valyuta bazarına hansı təsiri var?

Növbəti bahalaşma TƏHLÜKƏSİ: Addım-addım yaxınlaşır

 



İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, yaxın günlərdə rublun təqribən 10-15 faiz dəyərdən düşməsi baş verə bilər:

“Çünki may ayında Rusiya maliyyə nazirliyi bazardan valyuta alımlarını təqribən 10-15 dəfə azaldacağını bəyan etdi. Bu da valyuta bazarında əsas oyunçulardan biri olan maliyyə nazirliyinin dollar alışından çəkiləcəyi anlamına gəlir. Bu isə gələcəkdə neftin qiymətinin aşağı düşməsinə paralel olaraq rublun daha da ucuzlaşmasına səbəb ola biləcək əsas amillərdən birinə çevrilə bilər. Həmçinin Rusiya Mərkəzi Bankı uçot dərəcəsini təqribən 0.50 faiz aşağı saldı. Bu da bazarlara ciddi təsir göstərir. Kreditlər ucuzlaşdıqca dollara tələbatın artması gözlənilir. Bu nöqteyi-nəzərdən Rusiyada dəyişikliklər olsa, təbii ki, bunun ətraf ölkələrə, o cümlədən, Azərbaycana birbaşa və dolayı təsirləri olacaq”.

Ekspert onu da qeyd edib ki, Azərbaycanın əsas qeyri-neft ixracat ölkəsi Rusiyadı:

Növbəti bahalaşma TƏHLÜKƏSİ: Addım-addım yaxınlaşır

 


“Bu ölkədə dolların bahalaşması Azərbaycandan ixrac olunan malların dollar ekvivalentində aşağı düşməsi anlamına gəlir. Çünki satışlar uğurlu olur və sonradan iş adamları və ya fermerlər rublu dollara çevirib ölkəyə gətirirlər. Bu zaman bahalı məzənnə olduğu üçün daha az gəlir əldə edəcəklər. Bu nöqteyi-nəzərdən Azərbaycanın ixracatçılarına zərər olacaq. Amma Rusiyadan Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşma gözləmək olar. Təbii ki, əgər Azərbaycanda manatın məzənnəsi sabit qalarsa, rubl dəyərdən düşdükcə Rusiyadan gələn malların qiymətində müəyyən ucuzluq olacaq. Əgər Rusiya rubluna paralel olaraq Azərbaycanda da manatın dəyərdən düşməsi sürətlənərsə, o zaman Rusiyadan idxal olunan məhsulların manat ekvivalentində satışında bahalaşma müşahidə oluna bilər”.

Yeganə Oqtayqızı

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz