0

İnsan sümükləri üzərində qurulan imperiyanın çöküşü

Baxış: 5 918

Xəbər verildiyi kimi Moskva İstintaq Komitəsinin Birinci idarəsi azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun adı qarışan çoxsaylı sifarişli qətl ittihamlarını araşdırır

Bu iş üzrə Telman İsmayılovun qardaşlarından biri Rafiq artıq həbsdədir. Digər qardaşı Vaqif isə axtarışa verilib. T.İsmaylovun adı isə bilavasitə işə fiqurantlardan biri-ismayılovlar ailəsinə mənsub olan Harri Belotserkovskinin istintaqa verdiyi ifadədən sonra cəlb olunub. Belotserkovski istintaqla əməkdaşlığa gedərək hazırda müflis durumda olan T.İsmayılovu “satıb”. İndi onun barəsində ittiham irəli sürüləcəyi və beynəlxalq axtarışa veriləəyi gözlənilir.

Virtualaz.org xatırladır ki, söhbət 2000-2016-cı illər ərzində baş vermiş azı səkkiz sifarişli qətldən gedir. Bu qətllərin izinə istintaq 2016-cı il mayın 16-da “Stroy-market” ticarət mərkəzinin sahibi, Rafiq İsmayılovun ortağı Vladimir Savkinin və onun tanışı, “Lyublino-motors” şirkətinin rəhbəri Yuri Brilyovun güllələnməsi işi üzrə təhqiqatın gedişində düşüb.
İnsan sümükləri üzərində qurulan imperiyanın çöküşü
Savkini və tanışını avtomobildə güllələyən azərbaycanlı killer Mehman Kərimovhəmin qətldən sonra tezliklə həbs olunub. Lakin o, əvvəlcə sifarişçini ələ verməyib, biznesmeni və tanışını “ona olan borcuna görə” şəxsi zəmində öldürdüyünü bildirib. Savkinin oğlu isə atasının qətlində onun keçmiş ortağı İsmayılovun əlinin olduğuna əmin idi və dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət edib. Nəhayət Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin işə qarışmasından sonra istintaq sifarişçinin izinə düşüb. Məlum olub ki, R.İsmayılov “Stroy-market” ticarət mərkəzini 10 milyon dollara satsa da şərikinin payını verməkdən imtina edib. Əvəzində onu öldürmək üçün muzdlu qatil göndərib.

Bu cinayətdə adı keçənlərdən Belotserkovski istintaqa danışıb ki, Savkinin İsmayılovla şərikliyi əvvəldən problemli idi. Belə ki, Savkin vaxtilə biznesinin bir hissəsini nüfuzlu İsmayılovlar klanına güzəştə getməli olmuşdu. “Prestupnaya Rossiya” saytının yazdığına görə, Belotserkovki deyib ki, əslində Savkinin qətlinə İsmayılovlar klanı ilə “Koptevsk” mütəşəkkil cinayətkar qruplaşması arasında ötən əsrin 90-cı illərindən başlayan qarşıdurma çərçivəsində baxmaq lazımdır.
İnsan sümükləri üzərində qurulan imperiyanın çöküşü
“Koptevsk” qruplaşması 90-cı illərin əvvəllərində Viktor Dovjin və “Potema” ləqəbli fırıldaqçı tərəfindən yaradılmışdı. Sonradan qruplaşmanın liderləri Aleksandr və Vasili adlı qardaşlar oldu. 1994-cü ildən başlayaraq qruplaşmanın üzvlərinin qətli dalğası başladı, 1995-ci ildə qruplaşmanın lideri Aleksandr öldürülüb. 1997-ci ildə növbə onun kiçik qardaşına çatıb. Bundan sonra qruplaşmaya “Zyoma” ləqəbli Sergey Zimin başçılıq edib. Lakin qətllər dayanmayıb və sonrakı il yarım ərzində qruplaşma daha 10 nəfər itki verib. Çoxsaylı itkilərə baxmayaraq qruplaşma öz fəaliyyətini sonradan öz fəaliyyətini kommersiya sahəsində leqallaşdırdı.
İnsan sümükləri üzərində qurulan imperiyanın çöküşü
“Koptevsk” qruplaşmasının üzvlərinin qətlləri 90-cı illərin sonlarında İsmayılov qardaşlarının Moskvanın Şimal inzibati dairəsində yerləşən, həmin qruplaşmanın nəzarətində olan bir sıra bazarları və ticarət mərkəzlərini ələ keçirmək cəhdləri ilə baş verirdi. Həmin Şimal inzibati dairəsinin Sokol rayonunun rəhbərinin birinci müavini 1991-ci ildən etibarən Telman İsmayılovun qardaşı Fazil İzmayılov (familiyasını dəyişdirib) idi. Sonradan o, Şimal dairəsinin prefektinin birinci müavini oldu. Lakin gəlirli ticarət obyektlərini ələ keçirmək üçün təkcə inzibati rıçaqlar kifayət etmirdi belə görünür ki, silahsız keçinmək mümkün deyildi.

Belotserkovski istintaqa deyib ki, 2000-ci ildə o, dəfələrlə Rafiq və Telman İsmayılovlar arasında “Koptevsk” qruplaşmasının “Loban” ləqəbli avtoriteti Andrey Lobanovun öldürülməsi barədə plan qurduqlarını eşidib. Bu söhbətlər ya T.İsmayılovun “Praqa” restoranında, ya R.İsmayılovun ofisində aparılıb. O vaxtlar “Loban”ın özünün 40 nəfərlik qruplaşması var idi, 2016-cı ildə öldürülən Savkin isə “Loban”ın sağ əli idi. Qruplaşma Moskvada çoxsaylı ticarət obyektlərinə nəzarət edirdi.
İnsan sümükləri üzərində qurulan imperiyanın çöküşü
2000-ci ilin dekabrında Lobanov və mühafizəçisi güllələnib, aldıqığı yaralardan “avtoritet” ölüb. Qətl üzrə istintaq başlasa da işin üstü açılmayıb. O vaxtlar İsmayılov qardaşlarının hüquq-mühafizə orqanlarında güclü əlaqələri var idi. Şimal dairəsinin daxili işlər idarəsinin rəis müavini Ravil Sofin R.İsmayılovun yaxın dostuydu. Sonradan “Loban”ın qruplaşmasının fəal üzvləri də öldürüldü. Bildirilir ki, Savkin bütün bu qətllərdə İsmayılovlar klanının əlinin olduğu barədə materiallar toplamışdı və R.İsmaylovu şantaj edərək pullarını tələb edirdi. Nəticədə onun özünü də aradan götürdülər.

“Koptevsk” qruplaşması ilə müharibənin nəticəsi olaraq Moskvanın üç bazarı-Lianozovsk, Dequninsk və “Lokomotiv” stadionun yaxınlığında yerləşən bazar R.İsmayılovun nəzarətinə keçib. İstintaqdakı mənbələr bildirir ki, Belotserkovskinin ifadəsi T.İsmayılovun barəsində cinayət işinin qaldırılması üçün əsas verir. Hazırda onun ya Türkiyədə, ya İsraildə olduğu təxmin edilir.
İnsan sümükləri üzərində qurulan imperiyanın çöküşü
Sayt yazır ki, T.İsmayılovun cinayətkar qruplaşmalarla əlaqələri barədə məlumatlar yeni deyil. Məsələn, onun ötən il İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski ilə fotolarına rast gəlmək olar.

Qətllər barədə ittihaların araşdırıldığı bir vaxtda T.İsmayılov çoxsaylı kreditorlarla məhkəmə çəkişməsindədir və onun rəsmən müflis elan ediməsindən sonra əmlakının satışa çıxarılması proseduru başlayır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz