0

“Azəriqaz”ın işçilərinə verilən “paket”lər, 200 milyon yığılmış qaz borcu, şişirdilmiş ştatlar, 700 milyonluq qaz itkisi-ARAŞDIRMA

Baxış: 2 247

SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanda erməni kilsəsini pulsuz qazla təmin etməsi azərbaycanlıları haqlı olaraq qəzəbləndirir. Çünki erməni kilsələri bizim qazımızla pulsuz təmin olunduğu zamanda, Azərbaycan əhalisi bir tərəfdən qazsızlıqdan əziyyət çəkir, digər tərəfdən mənzillərə verilən qazın ekoloji cəhətdən təmiz olmamasından ölümlə üz-üzə qalırlar. Hər il dəm qazı onlarla canı alır, qaz itkilər ildən-ilə artır, mənzillərimizi isidə bilmirik, tez-tez yaranan fasilələr nəticəsində uşaqlarımız isti yemək üzünə həsrət qalır…

“Azəriqaz” Dövlət Neft Şirkətinin (SOCAR) tərkibinə verilərkən və Tarif Şurası təbii qazın qiyməti bahalaşdırarkən tarif artımının səbəbini  optimallaşdırma, keyfiyyətin yaxşılaşdırılması ilə əlaqələndirirdi. Ötən müddət ərzində isə “Azəriqaz” İstehsalat Birliyində islahatlar necə aparılması göz önündədir.

Əgər islahatlar aparılsaydı….

“Ernst and Young”  audit şirkəti 2013-2015-ci illərdə üzrə islahatlar aparılmasına dair təkliflər hazırlayaraq, hökumətə təqdim edib.  Şirkət 2015-c ildə təkliflərin monitorinqini apararkən,  çox maraqlı bir hesabat hazırlayıb. Hesabat da eyni zamanda növbəti  illər üçün görüləcək işlərin təkliflərini hazırlayaraq hökumətə təqdim edib. “Ernst and Young” in   optimallaşdırma layihəsində, əsasən,  tender prosedurlarında  şəffaflığın yaradılması, itkilər və  texniki nasasizliqların aradan qaldırılması,  ştatlarının  sayının azaldılması, qanunvercilik bazasi təkmilləşdirilməsi, və sair bu kimi təkliflər yer alır.

Monotorinqdən belə məlum olur ki, təşəbbüslər uğurla reallaşacağı halda, islahatlar layihəsinin illik effektivliyi 174 mln. AZN təşkil edə bilərdi.  O cümlədən, 2015-ci ildə xərclər  39 % optimallaşdırılması nəticəsində  SOCAR-ın 63 mln. AZN əlavə gəliri  ola bilərdi.3 illiniqtisadi effektivliyi isə  347 mln. AZN-ə, SOCAR-ın əlavə gəliri 121 milyon manata çata bilərdi.

“Azəriqaz”a olan borcların həcmi 200 milyon manat təşkil edir

Layihə çərçivəsində audit  şikkəti  “Azərqaz”ın fəaliyyətinədə aşağıdakı  çatışmazlıqları üzə çıxarıb:

– 2013-DƏN 2015-ə kimi qaz balansının pozulması 17 faizdən 19 faizə yüksəlib.

– İllik 508 min sızma hadisəsi qeydə alınıb. Onlardan 76 faizinin ya aradan qaldırılmayıb, ya da gec (90 gün sonra) həll olunub.  Ümumi  qaz itkilər 700.8mln. m3 təşkil edir.

– 691 min çox abunəçinin borclu olduğu halda, 80 faizinə qaz verilişi dayandırılmır. Debutor borcların illik ortalama həcmi 200 milyon manat ətrafındadır.

– Dövlət satınalmalarında tender qaydalarının gözlənilməməsi. Təklif edilən qiymətlərini orta bazar qiymətlərindən 20 faiz bahal olması.

– “Azəriqazda” İB-fə işçilərin sayının tələbatdan artıq olması.

Audit şirkəti göstərir ki, pilot layihə ərəfəsində müəyyən olunub ki,  balansın pozulmasında əsas məsələ itkilərdir.  Pilot layihə üçün 2 obyekt seçilib. Bunlardan biri  121 abonentdən ibarət olan çoxmərtəbəli bina və başqası, 38 abonenti olan özəl mülklərdür. Aparılan təhlilllərdən məlum olub ki, əmtəəlik qazın verilişi zamanı yaranan balans pozğunluğunun 83 faizi itkilər, 6 faizi temreturunun tənzmilənməsinin olmaması, 11 faizi boru xətlərində və sayğaclarda texniki nasazlıqdır.  Texniki nasazlıq aradan qaldırılandan sonra balans pozulması 1.43 faizə endirib.

Kənarlaşma:

“Statkom” 1 milyard m3, Audit şirkəti isə 700 milyon m3 qaz itkisi göstərir

Audir şiktərinin qiymətləndirilməsi ilə hökumətin təqdim etdiyi hesabatlar arasında yaranan fərqlər isə diqqətdən kənar qalmaya bilmir. “Ernst and Young” sənədlərində göstərilir ki,  2015-ci ildə 508 min sızma hadisəsinin yalnız 23.6 faizinin qarşısı vaxtında alına bilinib.  Nəticədə 2015-ciildə qaz itkisinin həcmi 700.8 mln. m3 olub.  Amma Dövlət Statistika Komitəsi 2015-ci il üçün qaz itkilərinin həcmini 1 milyard m3-dən artıq olduöunu göstərir.  Auditlə “Statkom”un rəqəmləri arasında 300 mln. m3  və ya 30 faizlıq kənarlaşmanın  yaranması bir sıra suallar yaradır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Dövlət Statistika Komitəsi bütün itkiləri hesablayıb: “Audit şirkəri isə yalnız texniki itkiləri. Yəni “Statkoma” görə, yığılmayan vəsait itki deməkdir. Əhali, dövlət idarələri və enerji sektorunun ödəmədiyi vəsait texniki itkinin üstünə gəlinib.

Ernst and Young isə sırf hesablayıb ki, itkilər hardan qaynaqlanır. Burada ən böyük faktor yeraltı qaz kəmərlərinin sızmasıdır”.

İ.Şaban qeyd edir ki, SOCAR 2016-ci ildə itkilərin həcmini xeyli azalda bilib: “Ona görə ki, enerji sektoru debutor borcları minimuma endirdi. Ancaq əsas məsələ yeraltı boru kəmərlərinin yenilənməsidir. Yəni modernozasiyası yox, onlar yenidən çəkilməlidir. 40 ilə yaxındır tikiliblər. Faktiki ömürləri gedib, sızmalar var. Onları da niyə çəkə bilmirlər – bir çoxunun üstündə artıq qəsəbələr salıblar. Fikrimcə, onlar elə yerin altında qalmalı, yenisi yerüstü ilə əvəz olunmalıdır – başqa optimal variant çətin tapıla”. 

38 dəfə şişirdilən qiymətlər

Audit şirkətinin ən çox yer ayrıdığı məqamlardan biri də tender prosedurlarının qeyri-şəffaf olmasıdır. Məlumdur ki, qanunvericiliyə görə, 50 min manatda yuxarı olan bütün dövlət satınalmaları üçün tender keçirilməlidir.  “Ernst and Young” şirkətinin monitoqindən məlum olur ki,  SOCAR  layihədəki alqı-satqı işlərinin 50 min manatdan  aşağıqiymətlərə bölməklə yanaşı, eyna zamanda bütün tenderlərin  qapalı həyata keçirir.   Məsələn, 2016-ci il üçün tenderlərin 97 faizinin qapalı keçirildiyi göstərilir.  Bundan əlavə müsabiqədə və tenderlərdə birbaşa istehsalçı tərəf deyil, şirkətlər iştirak edir. “Bu da, bir neçə əldən keçməsi nəticəsində qiymətlərin bahalaşmasına gətirib çıxarır”,- deyə hesabatda vurğulanır.

Hesabatda deyilir: “ SOCAR-ın müsabiqə ilə bağlı bir strategiyası yoxdur.  Belə ki, 2016-ci ilin 8 aprelində   SOCAR  müsabiqədən kənar əsaslarla Elster və İTRON sayğaclarının alınması üçün 8.7 milyon xərcləyib. Lakin bunun zavodun özündən ya dillerindən alınmasına dair müddəa yoxdur.  Podratçıların müsabiqədən kənar seçilməsi ayrı-ayrı xidmətlərin qiymətinin orta bazar qiymətindən 38 dəfə yüksək olmasına gətirib çıxarır. Aşağıdakı cədvəldə SOCAR-ın sayğac və boru üçün 2015-2016- ci ilərdə keçirdiyi tenderin qiymətləri verilib.

17619034_1286352548086693_1059257342_n

SOCAR-ın  Neft-Qaz Təmir Tikinti İdarəsi olduğu halda,“Global Service”ə sifairşlər verir.  Eyni zamanda “Neftqazelmitədqiqatlayihə” İnstitu olduğu halda, sözügedən şirkəti  layihələndirmə işlərinə də cəlb edirlər.  “Qiymətlərin 22 faiz artmasının səbəbi də Global Service əlavə qiymətlərin qoyulmasıdır.  Həmin vəsaitlərin SOCAR ölkədən xaricə çıxmasına gətirib çıxarır”,- qeyd edilir.

Şirkət əlavə edir ki, 2015-ci ildə qazlaşdırmaya 305 mln. AZN sərf edilib: “ Bütün layihələr təxmini hesablanır, smeta dəyəri  müəyyən edilmir. Ona görə də, layihələrin 28 faizində faktiki xərclərdən kənarlaşma 50 faiz təşkil edir. Qiymətləndirmənin olmaması ayrı-ayrı qazlaşdırma layihələrinin nə dərəcədə məqsədəuyğun olmasını analiz etməyə imkan vermir.  Layihələrin həyata keçirilməsində keyfiyyət lazımi səviyyədə deyil”.

 

“Azəriqaz”da maaşa əlavə olan Şok “paket”  cədvəli

“Azəriqaz”da ən böyük islahatların aparılmasına ehtiyac olan istiqamətlərindn biri kimi ixtisarlar göstərilir. “Ernst and Young” 2016-c il üçün təklif edir ki, “Azəriqaz”da  27 faiz və ya 2375 ştat ləğv edilməlidir. Şirkətin fikrincə, “Azəriqaz”ın strukturu optimal deyil, bir-birini təkrarlayan şöbələr mövcuddur.

Qeyd edək ki, 2014-cü ildə İBd-ə işçilərin sayı 9252 nəfər olubsa, 2015-ci ildə bu rəqəm 8660 nəfərə düşüb. Audut şirkəti isə daha 27 faiz işçinin ixitisarını vacib sayır.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı  deyir ki, “Azəriqaz”in sturkturnda bir anarxiya hökm sürür. Onun sözlərinə görə, 2015-ci ildə mərkəzləşdirilərək 9 regional Qaz İstismar İdarəsi(Qİİ) yaradıldı. Yəni 5-6 rayonun qaz təsərrüfatı bir rayondan idarə olunmağa bağladı: “İdarəetmə aparatında işçilərin sayı çoxdur. Hər ofisdə 80-ə yaxın işçi çalışır. Hər regionda 7 rəis müavini var. Əsas işləri yerinə yetirən işçi ilə vəzifəli işçinin əmək haqqı arasında kəskin fərq var. Qaz təsərrüfatı isə elə bir sahədir ki idarədə cəmi 2 nəfər,qalanları isə ərazidə olmalıdır.

Aparıcı sahələrdə yüksək vəzifə tutanların əksəriyyəti  “Azəriqaz” İB-nin vəzifəlilərinin yaxın qohumlarıdır.  Şöbə rəisləri arasında ixtisasca mühəndis olmayan(alim,aqranom,əmtəəşünas və s) şəxslər müşahidə olunur.

Nazirlər Kabinetinin qərarı yerinə yetirilmədiyindən(texniki baxış FHN-nə verilib)qaz xəttlərinə texniki baxış, umumiyyətlə, aparılmırBəzi abonentlər qaz idarəsinə xəbər vermədən ,icazə almadan özbasina qaz cihazlarinin yerini dəyisdirir. Çünki    xidmət sahəsində (rayonda) çilingərdən başqa, nə sahə rəisi,nə də ki usta var”.

M.Qəhrəmanlı “Azəriqaz”da baş və regional şöbələrin işçilərinin maaşları ilə yanaşı əmək haqlarına edilən əlavələrlə bağlı maraqlı faktlar təqdim edir.

17578017_1286353091419972_869697925_n

Mirvari Qəhrəmanlı deyir ki, bu əlavələr hansı “xidmətə”görə ödənilir?

 

Vüsalə Rüstəmova

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz