0

Tramp Azərbaycana 10 milyon qazandırdı

Baxış: 1 796
Trampın cəmi 140 işarəlik, "Rusiya hazır olsun, raketlər gələcək", twitti neft qiymətlərini 5 dollar qaldlrdı. Azərbaycan son 4 gündə bu twittə görə 10 mln. dollar əlavə gəlir əldə etdi, ölkənin günlük gəliri 2,5 mln. dollar artdı.

Press-az.com xəbər verir ki, belə bir şərhlə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. Onun sözlərinə görə, Rusiyanın günlük gəliri isə bu twittə görə 40 mln. dollar artdı: "ABŞ guya Rusiyanı sıxır, əslində isə bu ölkəyə yeganə təsir edən məqam neft qiymətləridir, sanksiyalar ciddi söhbət deyil, təsirləri azdır. 
Amma bu, həm də test idi: Bir twittlə qalxan qiymətlər, bir twittlə də enə bilər.
Trampın həmin twitti dünya birjalarında hər günə 100 mlrd. dollarlıq dalğalanma yaratdı, çünki dünyada ABŞ-ın indiki prezidentinə güvən olmasa da, ölkənin gücünə inam böyükdür. Bizim Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov isə öz dilində 1000 işarəlik müsahibə verdi, dedi ki, devalvasiya olmayacaq, manat sabitdi - 2 gündür banklarda dollar tapılmır, camaat əlində olanı dollara çevirir, çünki MB rəhbərinə də, dövlət institutlarına da inam yoxdur..." 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz